FACT-INFO.AZ » QHT » FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib
Bu gün, 12:30 | QHT
FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri daxilində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.

Bu çərçivədə, Agentlik ilə Nazirliyin Şimal Regional Mərkəzi birgə tədbir keçirib.

Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN-in Şimal Regional Mərkəzinin rəis müavini Ruhid Hacəliyev maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, ionlaşdırıcı şüalanma mənbələrindən təhlükəsiz istifadə, radiasiya təhlükəsizliyi tələblərinə əməl olunması və bu sahədə çalışan şəxslərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Mərkəzin rəis müavini, həmçinin regional səviyyədə aidiyyəti qurumlar arasında əməkdaşlığın və qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev Agentliyin fəaliyyəti, qarşıda duran məsələlər və regional mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbirdə nüvə və radioloji fəaliyyət, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, onların aşkar edilməsi zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, eləcə də belə hallarda idarəetmə mexanizmləri müzakirə olunub.

Tədbir zamanı Agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularda təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və iştirakçıların sualları ətraflı cavablandırılıb.




Baxış sayı: 90
FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib Bu gün, 12:30 Dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir Bu gün, 12:00 Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub Bu gün, 11:30 Prezident Bakıda keçirilən İƏT ölkələri korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşünə müraciət ünvalayıb Bu gün, 11:00 Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib Bu gün, 10:00 Mirzoyan: “TRIPP sülh müqaviləsi imzalanmadan əvvəl işə salına bilər” Dünən, 19:30 Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 17:00 Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia Dünən, 16:00 Forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb Dünən, 16:00 Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib Dünən, 12:00 Yeni texnologiyalar işçi qüvvəsinin bacarıqlarına dair tələbləri dəyişdirir Dünən, 12:00 “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimat mərasimi Dünən, 11:30 “Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş Dünən, 11:30 Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil Dünən, 11:00 Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır Dünən, 10:30 Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib 26-10-2026, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib 26-10-2026, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər 26-10-2026, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” 26-10-2026, 19:30 Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib 26-10-2026, 17:00 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir 26-10-2026, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə 26-10-2026, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır 26-10-2026, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb 26-10-2026, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu 26-10-2026, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq 24-10-2026, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031