Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir. Gənclər isə öz gələcəkləri, eləcə də gələcək nəsillərin bizim nəsildən hansı dünyanı miras alacağı barədə düşünürlər. Bəşəriyyət tarixinin yeni səhifəsini yazmaq üçün məhz sizin səsiniz eşidilməlidir.
Bu fikirləri BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda plenar sessiyada çıxışı zamanı səsləndirib.
"Düşünürəm ki, bugünkü görüş və Bakıda həyata keçirdiyiniz bütün fəaliyyətlər müxtəlif mənşəli ölkələrdən, dinlərdən və mədəniyyətlərdən olan gənclərin birlikdə çalışa, dostluq münasibətləri qura və bir-birinə müsbət mənada ilham verə biləcəyini nümayiş etdirir", - deyə o qeyd edib.
Baxış sayı: 80
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
