FACT-INFO.AZ » MEDİA » Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub
Bu gün, 11:30 | MEDİA
Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri dosent Aynur Nəsirovanın həmmüəllifi olduqları “Radio jurnalistikası” dərsliyinin təqdimatı keçirilib.

Tədbirdə BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli təqdimatı keçirilən dərsliyin müasir radio jurnalistikasında önəmli olan bütün əsas istiqamətləri əhatə etdiyini və praktik cəhətdən faydalı olduğunu qeyd edib. Professor bildirib ki, kitabda yer alan praktik mülahizələr və uğurlu radio materialı hazırlamaq üçün verilən tövsiyələr bu sahəyə maraq göstərənlərə etibarlı bələdçi olacaq.

Daha sonra çıxış edənlər – “ARB 24” telekanalının direktoru Radik İsmayılov, Azərbaycan Respublikası Media və Yayım Şurasının üzvü Fazil Novruzov, AzTV-nin sədr müavini Rafiq Həşimov, Azərbaycan Radiosunun direktoru Billurə Aslanqızı, “Pro Media Group” MMC-nin təsisçisi və rəhbəri Cavid Neymətzadə, Əməkdar jurnalist Namiq Əhmədov və Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Əliyev bu kitabın Azərbaycan radiosunun 100 illiyi üçün əsl töhfə, radio jurnalistikanın nəzəri əsaslarının müasir yanaşmalarla işlənməsi baxımından uğurlu olduğunu bildirib, hər iki müəllifi təbrik ediblər.

Sonda kitabın müəllifləri Xatirə Hüseynova və Aynur Nəsirova Azərbaycan radiosunun yüzillik ənənəsini və müasir yanaşmasını özünə ehtiva edən dərsliyin müasir mediamızın inkişafına uğurla xidmət edəcəyinə inamlarını ifadə ediblər.

 




Baxış sayı: 55
Dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir Bu gün, 12:00 Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub Bu gün, 11:30 Prezident Bakıda keçirilən İƏT ölkələri korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşünə müraciət ünvalayıb Bu gün, 11:00 Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib Bu gün, 10:00 Mirzoyan: “TRIPP sülh müqaviləsi imzalanmadan əvvəl işə salına bilər” Dünən, 19:30 Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 17:00 Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia Dünən, 16:00 Forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb Dünən, 16:00 Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib Dünən, 12:00 Yeni texnologiyalar işçi qüvvəsinin bacarıqlarına dair tələbləri dəyişdirir Dünən, 12:00 “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimat mərasimi Dünən, 11:30 “Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş Dünən, 11:30 Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil Dünən, 11:00 Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır Dünən, 10:30 Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib 26-10-2026, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib 26-10-2026, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər 26-10-2026, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” 26-10-2026, 19:30 Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib 26-10-2026, 17:00 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir 26-10-2026, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə 26-10-2026, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır 26-10-2026, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb 26-10-2026, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu 26-10-2026, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq 24-10-2026, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031