İntensiv yağıntılar və güclü sel nəticəsində zədələnmiş yol infrastrukturunun bərpası istiqamətində tədbirlər çərçivəsində Qaradağ rayonunda yeni körpünün tikintisi başa çatdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Fact-info.az-a bildirilib ki, Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrliyində güclü sel sularının təsiri nəticəsində dağılmış körpünün əvəzinə yeni, biraşırımlı körpü inşa edilib.
Layihə çərçivəsində yararsız vəziyyətə düşmüş körpü qurğusu yenisi ilə əvəz olunub və yolun həmin hissəsində nəqliyyat infrastrukturunun bərpası təmin edilib.
Yeni körpünün inşası avtomobil yolunun dayanıqlığının artırılması, nəqliyyat əlaqəsinin etibarlılığının təmin edilməsi, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, intensiv yağıntılar və güclü sel nəticəsində respublikanın müxtəlif bölgələrində avtomobil yollarına, körpülərə və digər yol qurğularına dəymiş ziyanın aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.
Baxış sayı: 65
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
