FACT-INFO.AZ » XƏBƏR » Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Bu gün, 17:00 | XƏBƏR
Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Baş prokuroru Kamran Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsində Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyevlə görüşüb.

Baş Prokurorluqdan Fact-info.az-a verilən xəbərə görə, Baş prokuror Azərbaycan ilə BMT arasında formalaşmış səmərəli tərəfdaşlığı vurğulayıb, Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq səylərin əlaqələndirilməsi, hüquq-mühafizə orqanlarının institusional potensialının gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Əvvəlki təmaslara toxunularaq, 2024-cü ilin noyabrında COP29 çərçivəsində Baş Prokurorluğun, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş, hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə roluna həsr olunmuş yüksək səviyyəli tədbirin əhəmiyyəti vurğulanıb. Həmçinin əvvəlki illərdə keçirilmiş ikitərəfli görüşlər xatırlanaraq, mövcud əməkdaşlığın konkret təşəbbüslər vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Baş prokuror Azərbaycan Respublikasının prokurorluq orqanlarının BMT-nin müvafiq strukturları ilə əlaqələrin genişləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və birgə praktiki təşəbbüslərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Aleksandr Zuyev Azərbaycan ilə BMT qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin, hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsinin və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda tərəflər terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və BMT-nin müvafiq strukturları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.




Baxış sayı: 75
Mirzoyan: “TRIPP sülh müqaviləsi imzalanmadan əvvəl işə salına bilər” Bu gün, 19:30 Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Bu gün, 17:00 Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia Bu gün, 16:00 Forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb Bu gün, 16:00 Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib Bu gün, 12:00 Yeni texnologiyalar işçi qüvvəsinin bacarıqlarına dair tələbləri dəyişdirir Bu gün, 12:00 “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimat mərasimi Bu gün, 11:30 “Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş Bu gün, 11:30 Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil Bu gün, 11:00 Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır Bu gün, 10:30 Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib Dünən, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Dünən, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər Dünən, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” Dünən, 19:30 Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib Dünən, 17:00 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir Dünən, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə Dünən, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır Dünən, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb Dünən, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu Dünən, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq 24-10-2026, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub 23-10-2026, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər 23-10-2026, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə 23-10-2026, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub 23-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031