Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, muzeyin Bakı Şəhəri Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin “Günəş” rəsm studiyası ilə birgə keçirəcəyi bu sərgi 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunacaq. Sərgidə studiyada məşğul olan uşaqların müxtəlif mövzularda çəkdikləri rəsmlər nümayiş etdiriləcək.
Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin balaca və yeniyetmə rəssamlarının yaratdığı əsərlərin sorağı İran, Türkiyə, Özbəkistan, Qazaxıstan, Çexiya, Rusiya, Slovakiya, Hindistanda keçirilən nüfuzlu beynəlxalq müsabiqələrdən gəlir.
Sərgidə Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin, “Uluslararası Aktivist Sənətçilər Birliyi”nin, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin nümayəndələri, sənətşünaslar, rəssamlar, muzey əməkdaşları iştirak edəcəklər
Baxış sayı: 2 244
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

