2016-cı ilin sonlarından başlayan layihə çərçivəsində çağdaş dövrümüzdə Azərbaycan aşıq sənətində öz dəst-xətti ilə seçilən Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibov, Əməkdar Mədəniyyət işçiləri - İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər birinə ayrıca kitab həsr olunub. Xatırladırıq ki, bu ustad aşıqlardan dördü – Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz həm də Prezident təqaüdçüləridir. Bu ustad sənətkarların həyat və sənət yolundan bəhs edən kitablarda eyni zamanda, onlar haqqında respublikamızın tanınmış elm və sənət adamlarının ürək sözləri, onlara ithaf olunmuş şeirlər və eləcə də, özlərinin yaradıcılıqlarından seçmə nümunələr də yer alıb.
Kitabların məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanı və redaktoru isə AAB-ın katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.
Baxış sayı: 1 887
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

