İşğaldan azad edilmiş ərazilərdə minaların və müharibənin partlayıcı qalıqlarının geniş yayılması geri qayıdış prosesinə mane olmaqda davam edir.
Bunu Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində çıxışı zamanı bildirib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının hesabatının müzakirəsinə həsr olunmuş iclasda Şəhriyar Hacıyev qeyd edib ki, Azərbaycan münaqişə nəticəsində qaçqın və məcburi köçkün problemini bilavasitə yaşamış ölkədir və ölkə uzun illər əhalinin sayına nisbətdə dünyada ən böyük qaçqın və məcburi köçkün icmalarından birinə ev sahibliyi edib.
Onun sözlərinə görə, münaqişədən sonrakı bərpa tədbirləri artıq 96 min nəfərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına və orada məskunlaşmasına imkan yaradıb.
Çıxışda Azərbaycanın Qaçqınlar üzrə Qlobal Sazişin və digər beynəlxalq mexanizmlərin icrasına sadiq qaldığını vurğulanıb.
“Azərbaycan beynəlxalq əməkdaşlığa töhfə verməyə və ölkə ərazisində yaşayan bütün şəxslərin hüquqlarının təmin olunması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır”,- deyə çıxışda qeyd olunub.
Baxış sayı: 85
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
