FACT-INFO.AZ » İQTİSADİYYAT » Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib
8-10-2026, 18:30 | İQTİSADİYYAT / XƏBƏR
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Aparılan müşahidələr və texniki təhlillər nəticəsində bəzi informasiya sistemlərinə qarşı aktiv kibertəhlükələrin mövcudluğu müəyyən edilib. İlkin qiymətləndirmələrə əsasən, müşahidə olunan kiberhücumların müəyyən hissəsində, xüsusilə “Microsoft SQL Server (MSSQL)” və “Firebird” verilənlər bazası sistemlərində, köhnəlmiş versiyalardan, eləcə də standart və ya ilkin giriş məlumatlarından istifadə edildiyi müəyyən olunub.

Fact-info.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

Məlumata əsasən, müşahidə edilən hücum ssenarilərindən birinə əsasən, hücumçular zəif qorunan verilənlər bazası sistemlərinə icazəsiz giriş əldə etdikdən sonra ələ keçirilmiş sistemlərdə müxtəlif dəyişikliklər həyata keçirir və həmin resurslar üzərində daha geniş nəzarət imkanları əldə etməyə çalışırlar. Bəzi hallarda sistemə icazəsiz faylların yerləşdirilməsi və həmin fayllardan sonrakı mərhələlərdə sistemə giriş imkanlarının genişləndirilməsi müşahidə olunur.

Təhlükənin əsas xüsusiyyətlərindən biri hücumların zəncirvari xarakter daşımasıdır. Belə ki, bir informasiya sisteminin komprometasiya edilməsindən sonra həmin sistem digər informasiya sistemlərinə qarşı hücumların həyata keçirilməsi üçün aralıq resurs və ya giriş nöqtəsi kimi istifadə oluna bilər. Bu isə insidentlərin daha geniş şəbəkə infrastrukturuna yayılması və əlavə informasiya sistemlərinin riskə məruz qalması ehtimalını artırır.

Hazırda müşahidə olunan kibertəhlükələrin əhatə dairəsinin müəyyənləşdirilməsi, mümkün komprometasiyaların araşdırılması və əlaqəli risklərin qiymətləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. İnformasiya sistemlərinin mülkiyyətçilərinə və inzibatçılarına aşağıdakı təhlükəsizlik tədbirlərini dərhal həyata keçirmək tövsiyə olunur:

• İstifadə olunan proqram təminatının, xüsusilə “Microsoft SQL Server (MSSQL)” və “Firebird” verilənlər bazası sistemlərinin aktual və istehsalçı tərəfindən dəstəklənən versiyalara yenilənməsi;

• Standart, ilkin və ya sistem tərəfindən təyin edilmiş giriş məlumatlarının dərhal dəyişdirilməsi;

• Mürəkkəb və unikal şifrlərdən istifadə edilməsi;

• Verilənlər bazası və digər kritik xidmətlərin internet üzərindən birbaşa əlçatanlığının məhdudlaşdırılması və girişin yalnız zəruri, əvvəlcədən müəyyən edilmiş İP ünvanlarından həyata keçirilməsinə icazə verilməsi;

• Sistemlərdə şübhəli faylların, icazəsiz dəyişikliklərin və digər anomal fəaliyyətlərin mütəmadi şəkildə yoxlanılması;

• Giriş və fəaliyyət jurnallarının (loqların) mərkəzləşdirilmiş qaydada toplanması və monitorinq edilməsi;

• Sistemə icazəsiz müdaxilə və ya komprometasiya şübhəsi yarandıqda, həmin sistemin digər şəbəkə resurslarından mümkün qədər tez təcrid edilməsi və Milli Kibertəhlükəsizlik Agentliyinə və ya ixtisaslaşmış mütəxəssislərə müraciət edilməsi.




Baxış sayı: 95
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib Dünən, 20:30 Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib Dünən, 20:30 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb Dünən, 19:00 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb Dünən, 17:00 FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib Dünən, 12:30 Dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir Dünən, 12:00 Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub Dünən, 11:30 Prezident Bakıda keçirilən İƏT ölkələri korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşünə müraciət ünvalayıb Dünən, 11:00 Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib Dünən, 10:00 Mirzoyan: “TRIPP sülh müqaviləsi imzalanmadan əvvəl işə salına bilər” 27-10-2026, 19:30 Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 27-10-2026, 17:00 Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia 27-10-2026, 16:00 Forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb 27-10-2026, 16:00 Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib 27-10-2026, 12:00 Yeni texnologiyalar işçi qüvvəsinin bacarıqlarına dair tələbləri dəyişdirir 27-10-2026, 12:00 “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimat mərasimi 27-10-2026, 11:30 “Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş 27-10-2026, 11:30 Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil 27-10-2026, 11:00 Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır 27-10-2026, 10:30 Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib 26-10-2026, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib 26-10-2026, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər 26-10-2026, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” 26-10-2026, 19:30 Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib 26-10-2026, 17:00 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir 26-10-2026, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə 26-10-2026, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır 26-10-2026, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb 26-10-2026, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu 26-10-2026, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031