FACT-INFO.AZ » CƏMİYYƏT » III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
Dünən, 09:30 | CƏMİYYƏT
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələ şəhərində start verilib.

Əvvəlcə Ulu Öndər Əliyevin Qəbələ şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Ardınca Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ultramarafonun təşkilinin önəmli olduğunu qeyd edib: "Ötən il bildiyiniz kimi, Qəbələ idman paytaxtı idi. Hər kəs bu yarışı maraqla gözləyir. İşğaldan azad olunan ərazilərdə idman tədbirlərinin təşkili sevindirici məqamdır. Buna görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk".

Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə atletika idman növünə marağın yüksək olduğunu qeyd edib. O, xarici idmançıların da burada iştirakını müsbət məqam kimi qiymətləndirib. Qurum rəsmisi işğaldan azad olunan ərazilərin dövlətin dəstəyi sayəsində yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Yarışda 5 ölkədən 97 atlet iştirak edir.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır. 192 kilometrlik Qəbələ–Xankəndi marşrutu iştirakçıların fiziki hazırlığını və dözümlülüyünü sınayan ciddi mübarizə vəd edir.

Ultramarafon dörd mərhələdən ibarət olacaq: Qəbələ–Ağdaş (55 kilometr), Ağdaş–Bərdə (65 kilometr), Bərdə–Ağdam (44 kilometr) və Ağdam–Xankəndi (28 kilometr). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometrlik məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.

2026-cı ildə üçüncü dəfə təşkil olunan Xankəndi Ultramarafonu yenidən Qəbələ–Xankəndi marşrutu üzrə keçiriləcək.




Baxış sayı: 125
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib Dünən, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb Dünən, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib Dünən, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia Dünən, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib Dünən, 14:00 Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb Dünən, 12:30 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib Dünən, 10:00 III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib Dünən, 09:30 Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır Dünən, 09:30 “Tarixə toxunuş” sərgisi açılıb Dünən, 09:00 Ukraynalı uşaqların Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib 7-10-2026, 19:00 “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib 7-10-2026, 19:00 Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb 7-10-2026, 18:30 Президент Ильхам Алиев: Ни один наш пропавший без вести гражданин не забыт 7-10-2026, 18:00 UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan 7-10-2026, 18:00 İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər 7-10-2026, 11:00 Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur 7-10-2026, 10:30 Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb 7-10-2026, 10:30 Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır 7-10-2026, 09:30 XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib 7-10-2026, 09:30 Xarici elmi mərkəzlərə Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub 6-10-2026, 20:00 Аzərbаycаn Dillər Univеrsitеti bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdir 6-10-2026, 18:30 TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb 6-10-2026, 18:00 Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea 6-10-2026, 17:30 Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər 6-10-2026, 16:00 Ceyhun Bayramov ABŞ-ın xüsusi nümayəndəsinin baş müşaviri ilə TRIPP-i müzakirə edib 6-10-2026, 15:00 2026-cı il Tibb üzrə Nobel Mükafatı laureatları açıqlanı 6-10-2026, 11:00 TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib 6-10-2026, 09:00 İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub 6-10-2026, 08:30 Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir 6-10-2026, 08:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031