Qazaxıstan Xəzər dənizinin qorunması üzrə dövlətlərarası proqram hazırlayır və sahilyanı dövlətlərlə əməkdaşlığı inkişaf etdirir.
Qazaxıstan Hökuməti xəbər verir ki, əsas diqqət Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı məsələlərə, biomüxtəlifliyin qorunmasına, çirklənmə ilə mübarizəyə və monitorinqin təkmilləşdirilməsinə yönəldilir.
Yüksəksəviyyəli dialoq çərçivəsində “Xəzər dənizinin səviyyəsinin azalması şəraitində dayanıqlılığın artırılması” layihəsinə başlanılıb. BMT-nin İnkişaf Proqramı (BMTİP) və beynəlxalq tərəfdaşlarla birgə dəniz və sahilyanı resursların idarə edilməsi, plastik çirklənmənin azaldılması və biomüxtəlifliyin, o cümlədən Xəzər suitisinin qorunması üzrə layihələr də formalaşdırılır.
Bundan əlavə, Qazaxıstanda ixtisaslaşmış elmi-tədqiqat institutunun yaradılması istiqamətində hazırlıq işləri aparılır.
Baxış sayı: 125
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
