FACT-INFO.AZ » İQTİSADİYYAT » TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb
6-10-2026, 18:00 | İQTİSADİYYAT
TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Antalyada keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin kosmik agentliklərinin rəhbərləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb.

Sənəd türk dövlətləri arasında kosmik sənaye sahəsində əməkdaşlığın daha sistemli və praktiki müstəviyə keçirilməsi üçün vahid əməkdaşlıq çərçivəsinin formalaşdırılmasına xidmət edəcək.

Sənədin imzalanması TDT ölkələrinin kosmik sahədə mövcud imkan və təcrübələrinin bir araya gətirilməsi, birgə layihələrin həyata keçirilməsi, eləcə də yeni əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi baxımından mühüm mərhələdir.

Əməkdaşlığın əsas praktiki istiqamətlərindən biri TDT ölkələrinin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan birgə “CubeSat” layihəsidir. Layihə çərçivəsində tərəflərin texniki imkanlarının, ekspertizalarının və resurslarının layihə ətrafında birləşdirilməsi nəzərdə tutulur. Saziş isə bu və digər təşəbbüslərin həyata keçirilməsi üçün tərəflərin məsuliyyətlərini, eləcə də əməkdaşlığın texniki, maliyyə, hüquqi və əməliyyat aspektlərini müəyyən edən çərçivə yaradacaq.

Saziş çərçivəsində əməkdaşlığın gələcəkdə peyklərin hazırlanması, Yerin məsafədən müşahidəsi, kosmik elm, tədqiqat və inkişaf, insan kapitalının inkişafı və qarşılıqlı maraq yaradan digər istiqamətləri əhatə etməsi nəzərdə tutulur.

Sazişin imzalanması ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində kosmik sənaye üzrə əməkdaşlığın daha geniş və dayanıqlı platformaya çevrilməsi, tərəf ölkələrin kosmik imkanlarının inkişafına və regional kosmik ekosistemin gücləndirilməsinə töhfə verilməsi hədəflənir.




Baxış sayı: 95
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib Bu gün, 12:00 Yeni texnologiyalar işçi qüvvəsinin bacarıqlarına dair tələbləri dəyişdirir Bu gün, 12:00 “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimat mərasimi Bu gün, 11:30 “Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş Bu gün, 11:30 Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil Bu gün, 11:00 Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır Bu gün, 10:30 Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib Dünən, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Dünən, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər Dünən, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” Dünən, 19:30 Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib Dünən, 17:00 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir Dünən, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə Dünən, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır Dünən, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb Dünən, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu Dünən, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq 24-10-2026, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub 23-10-2026, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər 23-10-2026, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə 23-10-2026, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub 23-10-2026, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma 23-10-2026, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır 23-10-2026, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031