FACT-INFO.AZ » SİYASƏT » TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
6-10-2026, 09:00 | SİYASƏT
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Oktyabrın 5-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Jogorku Keneşin sədri Marlen Mamataliyev ilə görüşüb.

Görüş zamanı oktyabrın 19-20-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək TÜRKPA-nın 15-ci Plenar İclası ilə bağlı fikir mübadiləsi aparılıb, tədbirin hazırlıq prosesi ilə əlaqədar müxtəlif məsələlər müzakirə edilib. TÜRKPA Baş katibi tərəfindən ötən bir il ərzində Beynəlxalq Katiblik tərəfindən görülmüş işlər, Plenar İclasa hazırlıq vəziyyəti, üzv ölkələrin parlament sədrlərinin, eləcə də əməkdaşlıq təşkilatlarının rəhbərlərinin tədbirdə iştirakı ilə bağlı məlumat verilib. Həmçinin protokol, təşkilati və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Marlen Mamataliyev TÜRKPA-nın fəaliyyətinə yüksək qiymət verdiklərini və Beynəlxalq Katibliyin fəaliyyətini tam dəstəklədiklərini bildirib. O, ev sahibi ölkə qismində Qırğız Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə Plenar İclasın və Assambleya Şurasının iclasının keçirilməsi ilə bağlı zəruri hazırlıq işlərinin ən yüksək səviyyədə həyata keçirildiyini qeyd edib və bu istiqamətdə Beynəlxalq Katibliklə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Mamataliyev bundan sonra da Jogorku Keneşin TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstəyini davam etdirəcəyini vurğulayıb. O, qanunverici orqanlar arasında münasibətlərin inkişafının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, qardaş ölkələrin parlamentləri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsinin və oxşar qanunvericilik təşəbbüslərinin təşviqinin vacibliyini vurğulayıb. Bu baxımdan TÜRKPA-nın daimi komissiyalarının qəbul etdiyi mühüm qərarların parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhfə verdiyini qeyd edib.





Baxış sayı: 115
Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib Dünən, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Dünən, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər Dünən, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” Dünən, 19:30 Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib Dünən, 17:00 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir Dünən, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə Dünən, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır Dünən, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb Dünən, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu Dünən, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq 24-10-2026, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub 23-10-2026, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər 23-10-2026, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə 23-10-2026, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub 23-10-2026, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma 23-10-2026, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır 23-10-2026, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031