FACT-INFO.AZ » XƏBƏR » “Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb
28-08-2026, 19:30 | XƏBƏR / İQTİSADİYYAT
“Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb

“Euronews” telekanalı Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin artan əhəmiyyəti və Azərbaycanın bu marşrutda oynadığı strateji rol barədə reportaj yayımlayıb.

Fact-info.az xəbər verir ki, reportajda Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən keçən Orta Dəhlizin regional nəqliyyat marşrutundan Asiya ilə Avropa arasında qitələrarası ticarət əlaqəsinə çevrildiyi vurğulanıb. Bildirilir ki, əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə Azərbaycan bu multimodal nəqliyyat şəbəkəsində mühüm tranzit mərkəzlərdən birinə çevrilib.

Reportajda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədovun fikirlərinə də yer verilib. O bildirib ki, beynəlxalq tələbatın artması ilə Orta Dəhliz getdikcə daha çox ticarət dəhlizinə çevrilir. Emil Məmmədov, həmçinin yükdaşımaların izlənməsi, marşrut üzrə koordinasiyanın təkmilləşdirilməsi və logistika proseslərinin səmərəliliyinin artırılmasında rəqəmsal həllərin mühüm rol oynadığını vurğulayıb.

Həmçinin reportajda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Ümumi yüklər terminalının rəisi Azad Xurşudzadənin fikirləri yer alıb. O, Orta Dəhlizin inkişafı, limanın marşrut üzrə əhəmiyyəti, artan yük həcmləri və terminalın bu artan tələbatın qarşılanmasında rolundan bəhs edib. Eyni zamanda, limanın imkanlarının genişləndirilməsi və yükdaşımaların səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verib.

Reportajda Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun inkişafına, xüsusilə Bakı Limanının imkanlarının genişləndirilməsinə diqqət çəkilib. Qeyd olunub ki, Bakı Limanında yük dövriyyəsinin həcmi 2025-ci ildə 40 faiz artıb ki, bu da Orta Dəhliz üzrə yük axınının və marşruta beynəlxalq marağın artdığını nümayiş etdirir.




Baxış sayı: 75
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib Dünən, 20:30 Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib Dünən, 20:30 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb Dünən, 19:00 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb Dünən, 17:00 FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib Dünən, 12:30 Dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir Dünən, 12:00 Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub Dünən, 11:30 Prezident Bakıda keçirilən İƏT ölkələri korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşünə müraciət ünvalayıb Dünən, 11:00 Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib Dünən, 10:00 Mirzoyan: “TRIPP sülh müqaviləsi imzalanmadan əvvəl işə salına bilər” 27-10-2026, 19:30 Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 27-10-2026, 17:00 Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia 27-10-2026, 16:00 Forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb 27-10-2026, 16:00 Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib 27-10-2026, 12:00 Yeni texnologiyalar işçi qüvvəsinin bacarıqlarına dair tələbləri dəyişdirir 27-10-2026, 12:00 “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimat mərasimi 27-10-2026, 11:30 “Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş 27-10-2026, 11:30 Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil 27-10-2026, 11:00 Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır 27-10-2026, 10:30 Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib 26-10-2026, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib 26-10-2026, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər 26-10-2026, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” 26-10-2026, 19:30 Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib 26-10-2026, 17:00 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir 26-10-2026, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə 26-10-2026, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır 26-10-2026, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb 26-10-2026, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu 26-10-2026, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031