FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Əli bəy Hüseynzadə ilə bağlı sərgi-təqdimat keçirildi
10-06-2017, 08:25 | MƏDƏNİYYƏT
Əli bəy Hüseynzadə ilə bağlı sərgi-təqdimat keçirildi

Bakıda Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq və yazıçı-publisist Əli bəy Hüseynzadənin sənət əsərləri, foto-sənədli arxiv və şəxsi əşyalarından ibarət sərgi-təqdimat keçirilib.
 
APA-nın məlumatına görə, təqdimatda İstanbuldan gətirilən 161 əsərdən seçilmiş Əli bəy Hüseynzadənin övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəy Hüseynzadənin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillər, şəxsi əşyaları nümayiş olunub. 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycana hədiyyə olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan muzeylərinə ilk dəfə belə dəyərli əşyalardan ibarət kolleksiyanın hədiyyə olunması çox əhəmiyyətli hadisədir: “Mən çox şadam ki, bu sərgi Bakıda açıldı. Türkiyə və Azərbaycanın mədəni həyatı üçün böyük hadisədir. Bu, bir daha sübut edir ki, hər iki ölkənin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsindəki əlaqələri də ən yüksək səviyyədədir. Azərbaycan dövləti və xalqı Əli bəy Hüseynzadə şəxsiyyətini, onun zəngin irsini yüksək qiymətləndirir. Bu mənada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2014-cü il yanvarın 21-də görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi barədə və bu ilin 16 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında verilən sərəncamları xüsusi qeyd etmək lazımdır. Əli bəy Hüseynzadənin əsərləri türk dünyası üçün böyük xəzinədir. O, öz dövründə baş verən bütün hadisələrin fəal iştirakçısı idi. Belə şəxsiyyətlər dünyaya nadir hallarda gəlir. Onun bütün yaradıcılığı, fəaliyyəti bizim tarixin şərəfli səhifələrindən biridir. Əli bəy Hüseynzadənin mənəvi irsi Azərbaycan və Türkiyə arasındakı mənəvi körpüdür”.
 Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Əli bəy Hüseynzadə həm Azərbaycanın, həm də Türkiyənin ən böyük şəxsiyyətlərindən biridir: “Hər iki dövlətin tarixini yazarkən onun fəaliyyətini nəzərə almamaq mümkün deyil. O, Türkiyənin həyatında böyük rol oynayıb. Cümhuriyyətin qurulmasında böyük xidmətləri var. Atatürkün ən sevdiyi şəxsiyyətlərdən biri olub. Əli bəyin türk millətinin qəlbində tamam başqa bir yeri var. Ona görə də onun haqq etdiyi yeri, qiyməti verməyə çalışırıq. Onun şəxsi əşyalarının Türkiyədən Azərbaycana gətirilməsi keçmişimizə sahib çıxmağımız baxımından böyük hadisədir. Biz kim olduğumuzu Əli bəy Hüseynzadə və onun kimilərin sayəsində öyrənirik. Bu sərginin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edirəm".
 Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Feyzavər xanımın ailə dostu İbrahim Yıldırım Əli bəy Hüseynzadənin həyat və fəaliyyətindən danışıb, onu böyük alim, görkəmli türkoloq kimi dəyərləndiriblər. 

     

 

 




Baxış sayı: 1 690
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031