Muğamın müxtəlif şöbələrini xalq çalğı alətləri ansamblının müşayiəti ilə dinləyicilərə Xalq Artisti Zabit Nəbizadə, xanəndələr Kamilə Nəbiyeva və Mirələm Mirələmov çatdırıblar.
“Segah” muğamı Azərbaycanın ən çox sevilən yeddi əsas muğamlarından biridir. Azərbaycan muğamları içərisində “Segah” ən geniş yayılmış və sanballı dəstgahlardandır. “Segah” muğamı ailəsinə “Orta segah”, “Xaric segah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah”, “Haşım segahı” və “Yetim segah” daxildir.
Xanəndələr və musiqiçilər tərəfindən böyük məharətlə, ustalıqla təqdim olunan muğamın ifası salonda güclü emosional ovqat yaradaraq ,tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və dəfələrlə alqışlarla müşayiət olunub.
İcrasına cari ilin mayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti iyunun 13-də “Çahargah” muğamı ilə davam etdiriləcək.
Baxış sayı: 1 632
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

