İyunun 20-də Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar BMT, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisi və “VII Foto” Agentliyinin birgə təşkilatçılığı ilə Brüsseldə amerikalı fotojurnalist və rejissor Ed Kaşinin çəkdiyi fotoşəkillərdən ibarət sərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı TEAS “facebook” səhifəsində paylaşıb.
Ed Kaşi sənətdə siyasi və sosial məsələlər üzrə ixtisaslaşıb və buna görə də kamerasını Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünlərindən bir qisminə yönəldib.
Sərgin açılış mərasimində Azərbaycanın Belçika və Lüksemburqda, həmçinin Avropa Birliyindəki səfiri Fuad İsgəndərov, TEAS-ın Benilüks ofisinin direktoru Mark Vervilghen, Avropa Siyasəti Mərkəzinin baş analitiki Amanda Paul və Ed Kaşi çıxış edəcəklər.
Baxış sayı: 1 901
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

