“Azərxalça” ASC-nin Füzuli rayon filialında qədim “Əjdahalı” çeşnisi əsasında daha bir xalça toxunaraq təhvil verilib.
“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, 404x276 sm ölçülü yun xalça, xalça ustaları- Gülnarə Hacıyeva, Nərmin Nəbiyeva, Röya Abbasova və Məxluqə Abbasovanın zəhməti sayəsində dörd ay müddətində ərsəyə gəlib.
Qeyd edək ki, XVI-XIX əsrlərdə “Əjdahalı” çeşnisinin bədii-texnoloji baxımdan inkişafında Azərbaycan xalçaçılığının rolu danılmazdır. Bu klassik çeşni tarixi “bünövrə” rolunu oynamaqla yanaşı, eyni zamanda, yerli və yeni meyilləri əks etdirməyə başlayıb.
Əsasən XVII-XVIII əsrlərdə toxunan bu xalçanın qədim nümunələrinə dünyanın məşhur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür və milli xalçaçılığımızda bu çeşninin varisi “Çələbi” kimi tanınan Qarabağ xalçasıdır.
Baxış sayı: 1 946
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

