FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Ədəbiyyatımızın multikultural mənzərəsi
22-05-2017, 08:25 | MƏDƏNİYYƏT
Ədəbiyyatımızın multikultural mənzərəsi

Vətənimizin cənub regionunda yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı  “Gəl bizim yerlərə...”  və  ölkəmizin şimal bölgəsində yaşayıb 7 dildə yazıb-yaradan 55 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” adlı kitablar nəşr edilib. 
“Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində buraxılmış  kitablarda 183 müəllifin 9 dildə şeir, hekayə, esseləri  toplanıb. Hər iki almanax Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Etnik qruplar arasında azərbaycançılıq ideologiyasının təbliği və mədəni müxtəlifliyin inkişafına dəstək” layihəsi çərçivəsində nəşr edilib. Layihənin rəhbəri və nəşrlərin ideya müəllifi  bu QHT-nin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri, yazıçı-publisist Hacı Nərimanoğludur.
Ön sözlərdə qeyd edilib ki, bu toplularda ədəbiyyatımızın milli, etnik zənginliyi, rəngarəngliyi aydın görünür. Əsrlərdən bəri müxtəlif xalq və etnoslar Azərbaycan ərazisində mehriban bir ailə kimi yaşayırlar. Bu qədim torpaqlar  Qafqaz türkləri ilə bərabər, talış, ləzgi, tat, dağ yəhudiləri, xınalıq, buduq, qrız, əlikli, hapıtlı, cəgli, avar, saxur, yergüclü və digər xalqların da doğma vətənidir. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bir çox istedadlı nümayəndələri bu xalqların yetirmələridir. Həmin xalqların  nümayəndələrinin bir çoxunun yaradıcılığından seçmələr ilk dəfə bu kitablarda işıq üzü görür. Nəfis tərtibatlı nəşrdə Azərbaycan, Torpaq, Vətən  məhəbbəti, Qarabağ dərdi, Şəhidlərə hörmət, dünyaya, insana sevgi, nəcib insani duyğuları tərənnüm edən şeir, hekayə və esselər əsas yer tutur. Kitabların nüsxələri müəlliflərlə bərabər bölgənin mədəniyyət, təhsil obyektlərinə də hədiyyə ediləcək.




Baxış sayı: 1 771
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031