APA-nın məlumatına görə, xalçanı Los-Ancelesdə yaşayan həmyerlimiz Elşad Tahirov hərracların birindən alaraq Bakıya - “APA Holding”ə daxil olan Lent.az İnformasiya Agentliyinin əməkdaşı Vüsalə Məmmədovanın adına göndərib.
Virtual hərracda “Antik Ermənistan - Qarabağ xalçası” adı ilə satışa çıxarılan xalçanın üzərində kiril əlifbası ilə “Anasından yadigar ad günü hədiyyəsi” sözləri var.
Xalça Xalça Muzeyinə təqdim olunub və burada “Sahibini gözləyən Qarabağ - Los-Anceles xalçası” adı altında nümayiş olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl xalçanın sahibinin tapılması üçün ictimaiyyətə müraciət olunsa da, qeyri-maddi mədəni irsimizin sahibi hələ də tapılmayıb.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun sözlərinə görə, xalça Zəngilan xalçaçılıq məktəbinə məxsusdur və XX əsrin ortalarında toxunub.
Baxış sayı: 1 836
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

