FACT-INFO.AZ » SİYASƏT » “Status-kvonun Moskva və ya Vaşinqton tərəfindən pozulacağını gözləmək olmaz”
5-05-2017, 08:55 | SİYASƏT
“Status-kvonun Moskva və ya Vaşinqton tərəfindən pozulacağını gözləmək olmaz”

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tarix elmləri namizədi Sergey Markedonov Müasir Rusiya Tarixi Muzeyində Cənubi Qafqazdakı münaqişələrə həsr olunan “Zaqafqaziya: münaqişələr arxada qalıb, yoxsa irəlidədir?” mövzusunda mühazirəsində deyib.
 S. Markedonov bildirib ki, son illər Cənubi Qafqazdakı münaqişələr ikinci plana keçib və kölgədə qalıb: “Bunun səbəbi Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyət, xüsusilə də Suriya münaqişəsidir.
Bununla belə, Cənubi Qafqaz olduqca problemli region olaraq qalmaqda davam edir. Əgər biz bu regionun son 25 illik tarixinə baxsaq, görərik ki, Sovet İttifaqının süqutu 9 münaqişə ilə müşayiət olunub. Bu münaqişələr fərqli idi, etno-siyasi, vətəndaş, konfessiyalararası və s. Bu münaqişələrdən altısı məhz Böyük Qafqazın payına düşür. Çeçen-inquş, gürcü-abxaz, gürcü-osetin müharibələrinin özü də məhz Cənubi Qafqazda baş verən müharibələrlə birbaşa əlaqəli idi. Bu münaqişələrin geridə qalmasına, öz aktuallığını itirməsinə baxmayaraq, onların tamamilə həll olunduğunu söyləmək olmaz”.
 S. Markedonovun sözlərinə görə, Cənubi Qafqazda bir münaqişə var ki, aktuallığını bu gün də qoruyub saxlayır: “Bu Dağlıq Qarabağ münaqişəsidir. Ötən ilin aprelində bu münaqişənin eskalasiyasını müşahidə etdik. Mətbuatda buna dörd günlük müharibə də deyirlər. Bu, 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanmasından sonra baş verən ən böyük eskalasiya idi. Həmin eskalasiyadan sonra Azərbaycan və Ermənistanın Baş Qərargah rəisləri Moskvada atəşkəs haqqında razılığa gəldilər. Lakin bu, atəşkəs demək deyil. Çünki təmas xəttində atəşkəs tez-tez pozulur. Atəşkəs təkcə Dağlıq Qarabağdakı 193 kilometrlik təmas xəttində deyil, həm də Azərbaycan və Ermənistanın dövlət sərhədində də pozulur”.
 S. Markedonov münaqişənin həllində region ölkələrinin - Rusiya, İran və Türkiyənin oynadığı roldan da danışıb: “İran bu gün yeganə ölkədir ki, Qarabağ münaqişəsinin həllində nizamlayıcı sənəd olan yenilənmiş Madrid prinsiplərini tanımadığını bəyan edir. Tehran münaqişənin xarici oyunçu olmadan məhz region ölkələrinin iştirakı ilə həllinin tərəfdarıdır. Tehran yenilənmiş Madrid prinsiplərindəki bəndlərdən biri ilə razı deyil. Həmin bənd münaqişə bölgəsində beynəlxalq sülhməramlıların yerləşdirilməsini özündə ehtiva edir ki, İran bunu özünün milli təhlükəsizliyinə hədə kimi görür. Türkiyə isə Azərbaycanın strateji müttəfiqidir. Türkiyə yeganə region ölkəsidir ki, dörd günlük müharibə vaxtı Azərbaycanı açıq-aydın dəstəklədi. Türkiyədən başqa, məlum səbəblərə görə Ukrayna da həmin vaxt Azərbaycanı dəstəkləmişdi. Digər ölkələr, Rusiya, ABŞ, Avropa İttifaqı çox balanslı mövqe tutdular. 
Deyə bilərik ki, Cənubi Qafqaz regionu Rusiya və Qərbin rəqabət meydançasıdır. Lakin bu, o demək deyil ki, regiondakı bütün münaqişələrdə Rusiya və Qərbin maraqları toqquşur. Əgər gürcü-osetin, gürcü-abxaz münaqişəsində Rusiya və Qərbin mövqeləri bir-birinə qarşı ziddiyyət təşkil edirsə, biz bu halı Qarabağ münaqişəsində müşahidə etmirik. Əksinə, Rusiya və Qərbin maraqları bu münaqişənin həllində güclü toqquşmur. Buna əyani sübut kimi aprelin 28-də Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünü göstərmək olar. Həmin görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi köməkçisi də iştirak edirdilər. Bu münaqişə postsovet məkanında yeganə münaqişədir ki, Rusiya və Qərb arasındakı qarşılıqlı əməkdaşlıq hələ də kəsilməyib. Moskva və Vaşinqton bu gün Azərbaycan və Ermənistan arasında kompromis tapa bilməz. Bu kompromisi Bakı və Yerevan özü tapmalıdır. Status-kvonun Moskva və ya Vaşinqton tərəfindən pozulmasını gözləmək də yersizdir”.
 Rusiyalı politoloq Cənubi Qafqazdakı münaqişələrin güc yolu ilə həllinin mümkün olduğunu da söyləyib: “Çox vaxt fikirlər səslənir ki, Cənubi Qafqazdakı münaqişələrin ancaq sülh yolu ilə həlli mövcuddur. Xeyr, bu belə deyil. Bütün münaqişələrin güc yolu ilə həlli olduğu kimi, Cənubi Qafqazdakı münaqişələrin də güc yolu ilə həlli mövcuddur. Ərazi bütövlüyü məsələsi ancaq güc yolu ilə həll edilir. Biz bunu Balkanlarda da gördük. Xorvatiya öz ərazi bütövlüyünü müharibə yolu ilə həll elədi. Lakin münaqişənin güc yolu ilə həlli üçün müharibə ssenarisinin təminatçısı və siyasi şərt lazımdır. Əgər bunlar yoxdursa, o zaman müharibə yolu ilə həll mümkün deyil. Bu zaman da münaqişənin həlli uzanacaq”. 




Baxış sayı: 1 651
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30