Özbəkistan Rəssamlıq Akademiyasının sərgi salonunda keçirilən “Ənənəvi təsviri incəsənət festivalı”nda Azərbaycanı bu ölkədəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Tədbir çərçivəsində “Qarabağ şikəstəsi”nin sədaları altında Qarabağın XVII-XIX əsrlərə aid mərasim, toy libasları, şənlik geyimləri, zadəgan xanımların geyimləri nümayiş etdirilib.
Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri təqdim edib.
Sərgidə nümayiş etdirilən milli geyimlər Bakı Geyim Evi tərəfindən hazırlanıb və Mədəniyyət Mərkəzinin “Azərbaycan milli geyimləri”d muzeyində müntəzəm olaraq nümayiş etdirilir və iştirakçıların böyük marağına səbəb olur.
Sərgidə, həmçinin AMM-nin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri “Arşın mal alan” əsərindən musiqili səhnəni təqdim ediblər.
İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs barədə məlumatlar təqdim olunub, milli geyimlərin hər bir xalqın qədim tarixinin, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.(Azərtac)
Baxış sayı: 1 869
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

