Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında keçən il aprel ayında baş verən döyüşlərə həsr olunan “Bitməyən savaş” adlı tədbir-sərgi keçiriləcək.
Muzeydə təşkil olunan sərgidə 2016-cı il aprel döyüşlərində həlak olan Əbdülməcid Axundov, Fəxrəddin Qurbanlı, Samid İmanov, Müşfiq Orucov, Orxan Müstəcəbov, Vüqar Yusifov, Murad Mirzəyev, Raquf Orucov və Pəncəli Teymurovun əşyaları nümayiş olunacaq.
Tədbirdə şəhidlərin qohumları və dostları, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.
Qeyd edək ki, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında “Dördgünlük müharibə” kimi tarixə düşmüş hərbi münaqişə baş vermişdi. Bu döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin ediblər.
Baxış sayı: 2 039
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

