FACT-INFO.AZ » SİYASƏT » Azay Quliyev: “Demokratik dəyərləri və insan hüquqlarını qurban verməməliyik”
29-03-2017, 09:05 | SİYASƏT
Azay Quliyev: “Demokratik dəyərləri və insan hüquqlarını qurban verməməliyik”

 

 ATƏT Parlament Assembleyasının vitse-prezidenti Azay Quliyev bu gün Sankt-Peterburqda ATƏT PA və Müstəqil Dövlətlər Birliyi üzv ölkələrin Parlamentlərarası Assambleyasının birgə təşkil etdiyi “Beynəlxalq Terrorizmlə Mübarizə üzrə Parlament Konfransı”nda çıxış edib. Azadinform xəbər verir ki, “Beynəlxalq (Humanitar) Hüquq və Terrorizm: Çağırışlar və onlara cavablar” mövzusunda məruzə edən ATAT PA-nın vitse-prezidenti Azay Quliyev indiyədək terrorizmi pisləyən çoxsaylı bəyanat və qətnamələrin qəbul edilməsinə baxmayaraq, həmin sənədlərdə terror fəaliyyətinin effektiv şəkildə aradan qaldırılmasına (hərbi, siyasi, hüquqi və s.) yönələn mexanizmlərin olmadığını bildirib: “Bu gün hər bir dövlət öz vətəndaşlarını terror təhlükəsindən qorumağı bacarmalıdır. Bu dövlətlərin təkcə hüququ deyil, eyni zamanda vəzifəsidir. Dünya birliyi, ayrı-ayrı ölkələr  beynəlxalq terrorla mübarizədə öz səy və potensialını birləşdirməli və “ümumi düşmənlə” effektiv şəkildə mübarizə aparmalıdır. Lakin, dövlətlər elə etməlidir ki, terrorizmlə mübarizə tədbirləri zamanı insan hüquqları və humanitar standartlar pozulmasın, başqa sözlə, demokratik dəyərlər və insan hüquqları terrorla mübarizəyə  qurban edilməsin.  Əksinə, terrora qarşı mübarizədə yeganə uzunmüddətli və səmərəli vasitə BMT Nizamnaməsi, insan hüquqları haqqında beynəlxalq razılaşmalar və Cenevrə Konvensiyaları kimi ən mühüm beynəlxalq sənədlərdə göstərilən insan hüquqları, demokratiya və sosial ədalətə real həyatda əməl etməklə ciddi nailiyyətlər əldə etmək olar”.

Azay Quliyev son illərdə bəzi ATƏT ölkələrində qaçqın və sığınacaq axtaranlara qarşı kriminal hərəkətlərin artmasının narahatlıq doğurduğunu deyib: “Qaçqın və sığınacaq axtaran kütlənin içərisində ağır cinayət əməlləri törətmiş şəxslərin də olması qeyd olunan kateqoriyaya mənsub bütün insanlara pis münasibət göstərilməsinə və onların lənətlənməsinə əsas vermir. Sığınacaq axtaranların həmin ölkələrə qeyri-qanuni gəlmələri onların tələblərinin rədd edilməsinə səbəb ola bilməz. Eyni zamanda onların ağır cinayətlər törətmiş etnik və ya dini qruplara aid olması həmin insanların təcrid olunmasına əsas yaratmır. Əgər biz terror aktlarına qarşı mübarizə apararkən insan hüquqlarını qoruya bilməsək, nəticədə terroristlər və bütövlükdə terror bütün bəşəriyyətə qalib gələcək. Məhz terrorçuların əsas məqsədi dünya düzənini pozmaq, ölkələrdə çaxnaşma və xaos yaratmaq, ən əsası isə hamılıqla qəbul edilən demokratik dəyər və prinsipləri məhv etməkdən ibarətdir”.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışında diqqəti qaçqın və sığınacaq axtaranlara birbaşa təsir göstərə biləcək 5 əsas problemə yönəldib: “Birinci, terrorla əlaqəsi olan və ya bu cür əlaqədə əsaslı şəkildə şübhəli bilinən şəxslərlə həqiqi qaçqın vəziyyətinə düşən şəxslər arasında fərq dəqiq müəyyənləşməli və  qaçqın statusunu almaq üçün tələb olunan prosedurlara əməl edilməsi minimum standartlara cavab verməlidir. Əmin olmaq lazımdır ki, qaçqınların müəyyən edilməsi ilə bağlı qərarlar bu sahədə bilikli və yüksək ixtisaslı şəxslər tərəfindən qəbul olunur. Qaçqın statusu almaq istəyən vicdanlı insanların hüquqları pozulmamalıdır. Hamı qəbul etməlidir ki, bu insanlar məhz terrorun qurbanına çevrilərək qaçqın vəziyyətinə düşüb və yaranmış münaqişə vəziyyətindən canını qurtarmaq üçün başqa ölkələrə pənah gətirmək məcburiyyətində qalıblar”.

İkinci məsələ sığınacaq axtaranlarla rəftarla bağlıdır. Bir çox hallarda sığınacaq axtaranlara münasibət müsbət olmur. Onlar dini və milli zəmində diskriminasiyaya məruz qalır və ciddi təzyiqlərlə üzləşirlər. Hesab edirəm ki, sığınacaq axtaranların həbsi istisna hal olmalı, adi bir qaydaya çevrilməməlidir. Bu həbslər yalnız o zaman qəbul edilə bilər ki, onların terrorla əlaqəsinin olmasına əsaslı şübhələr olsun və ya həbslə bağlı şərtlər ədalətli olsun. Bununla belə, daxili qanunvericiliyə əsasən bu həbslər məhkəmə təftişinə tabe olmaqla yanaşı, həm də qeyd edilən prosesə uyğun olmalıdır.

Digər bir mühüm məsələyə - qaçqınların və sığınacaq axtaranların təcrid edilmə məsələsinə toxunan Azay  Quliyev qeyd edib: “Unutmaq olmaz ki, həqiqi qaçqınlar və sığınacaq axtaranlar terrorun  qurbanı olaraq ölkələr tərəfindən tam şəkildə müdafiə olunmalıdır. Ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərdən başqa heç kim üz tutduğu ölkədə təcridə məruz qalmamalıdır. Onlar beynəlxalq humanitar qanunların tələblərinə uyğun olaraq müdafiə olunmalı və əsassız olaraq qaçqın statusundan məhrum edilməməlidirlər. Mən  dövlətləri beynəlxalq hüququn tələbinə əməl etməyə çağırıram” .

1951-ci il Konvensiyası göstərilən proseslə bağlı qanuna əsaslanaraq verilmiş qərara uyğun olaraq qaçqınların ölkədən çıxarılmasına - deportasiyasına milli təhlükəsizlik və ya ictimai asayişə təhlükə ola biləcəyi hallarda icazə verir. Bu halda qaçqına ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün sübutların təqdim edilməsinə şərait yaradılmalıdır”. 

Azay Quliyev çıxışında BMT Təhlükəsizlik Şurasının terrorist və sığınacaq axtaranlar – qaçqınlar arasında əlaqələrin olduğunu irəli sürən 1373 nömrəli qətnaməsini tənqid edərək bildirib ki, bu qətnamənin olduğu kimi tətbiqi bir sıra anlaşılmazlıqlara, sui-istifadələrə qanun pozuntularına səbəb olur. “Qətnamədəki müddəaların bəziləri mövcud vəziyyətə tam olaraq adekvat deyil və onların yerinə yetirilməsi qeyri müəyyənliyə, ədalətsiz qərarların qəbuluna, bir sıra hallarda isə  pozuntularla səbəb olur. Ona görə də sözügedən qətnamə beynəlxalq qaçqın hüququnun tələblərini nəzərə alaraq tətbiq edilməlidir. Terrorçuların sığınacaq axtaranlarla bağlı sistemdən sui-istifadə etməsinin qarşının alınması üçün dövlətlərin qəbul etdiyi qanuni tədbirlər günahsız qaçqın və sığınacaq axtaranların təqibi ilə nəticələnməməlidir”. 

Sonda, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev aparılan müzakirələrin, səsləndirilən tövsiyələrin qlobal terrorizmlə mübarizə kontekstində insan hüquqlarının müdafiə edilməsi işinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

 

 

 

 

 




Baxış sayı: 1 361
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031