FACT-INFO.AZ » CƏMİYYƏT » Qarabağ istəyi
24-03-2017, 21:30 | CƏMİYYƏT
Qarabağ istəyi

Hər birimizin ürəyində unuda bilmədiyimiz, yaddaşımızda dərin izlər  buraxmış  bir məkan olur. Ya doğulub boya başa çatdığımız yer, ya oxuduğumuz məktəb, ya da gəncliyimizin qaynar vaxtında günlərimizin keçdiyi şəhər. 

Bu gün məndə ənənəyə sadiq qalaraq doğma kəndimizin tarixinə yenidən baş vurmaq istədim.  Soltanbud təpəsi, saqqız meşəsi, Xaçın çayı çox siyasi hadisələrin şahidi olub. Təəssüf ki, Xaçın çayın o illərdəki axar suyu sanki yaddaşımızda olanların bir qismini silərək tarixin arxivinə köçürüb.  

Ancaq biz bu hadisələr barəsində, Qarabağ tarixinin bir parçası olan kəndimiz barəsində eşitdiklərimizi,  bildiklərimizi gənclərimizə hansı formada olursa-olsun çatdırmağa borcluyuq. Nəticə çıxarmaq qalır artıq gənclərin  öhdəsində...

İlk dəfə idi ki,  bu əziz insandan kəndin tarixi haqqında onun bilgilərini daha geniş şəklidə öyrənmək qərarına gəldim. Bu günədək qələmə aldığım yazılarımda az-çox onun fikirlərindən istifadə etmişdim. Bəziləri haqqında özü də bilir, oxuyub, fikirlərini bildirməyi unutmamışdı.  
Həmsöhbətimin  bu günlərdə  nə az nə çox düz 84 yaşı tamam olub. 85 yaşına keçən ağsaqqalım təmtəraqdan həmişə uzaq olub. Qanunlarımıza  daim hörmətlə yanaşıb. Və bu gün də müəyyən mövzularda danışanda ehtiyat edir, ehtiyatla danışır.

Hətta o da yadımda qalıb ki, 1972-ci ildə kəndimizdə yeganə adam idi ki, könüllü olaraq həyatyanı torpaq sahəsindən  artıq olan  üç sotu geri qaytarmışdı. Hər zaman prinsipiallığı ilə seçilən qardaşı Aydını da torpağı geri qaytarmağa məcbur etmişdi. Əsil kommunist idi. Son vaxtlaradək partbiletini üstündə gəzdirirdi.

Söhbət mənim üçün əziz bir adamdan-atamdan,  Tofiq Məhəmməd oğlu Cəfərovdan, həm ziyalı, həm dərin intellekt sahibi, həm də kəndinin tarixini dəqiq bilən insandan gedir.

Bu cür intellekt sahibi ən azından bu gün  elmi dərəcəyə sahib olmalı, onlarca elmi məqalənın müəllifi olmalıydı. Lakin torpaq sevgisi onun kəndindən ayrılmağa imkan verməmiş, bütün fəaliyyətini  kəndin ziyalı təbəqəsinin yetişməsinə sərf etmişdi və bu gündə o enerjiylə gənc nəslin yetişməsinə çalışır, hər dəfə yetişdirmələrinin xoş sədasını eşitdikcə sanki gəncləşir, həyat eşqi artır.

Hər dəfə kəndə gələndə müxtəlif mövzularda söhbət salır, hansısa hadisəyə onun fikirlərini alıram. Bu dəfəki söhbətin mövzusu kəndimizin tarixindən olur.

Tofiq müəllimin fikrincə, kəndimiz Göyçay  rayonunun Qaraməryəm kəndinin yaxınlğında olan Quzanlı kəndinin əhalisinin bir qisminin bu əraziyə köçən sakinlərindən formalaşıb. Bu gün Quzanlı kəndində  yaşayan  sakinlərin əsas bir qismi məhz həmin ərazidən köç edən Alı, Hallac, Həsən və Allahverənin törəmələridir. Deməliyəm ki, o illərdə kəndə gələnlərdən ikisinin adı Həsən olub. Demək, beş nəfər mövsümü işlər görməklə pul qazanmaq eşqiylə  buralara üz tutublar. Lakin kəndin şəraiti,  o cümlədən yerli əhalinin istiqanlığı onları bu ərazilərdə məskunlaşmağa məcbur edib.

Kəndin bütün sakinləri demək olar ki, bir-biriylə qohumdur.

 Bəs bu gəliş təxminən nə vaxta  düşür?- deyə soruşuram.

Çox güman ki, Nadir şahin öldürülməsindən, 1748-ci ildən sonra kı dövrə, təsadüf edir. Maraqlıdır ki, bu beş nəfərin gəlişiylə Göyçaydakı eyniadlı kəndində hansısa səbəbdən dağılmasına səbəb olur. Yerdə qalan əhali isə Qaraməryəm kəndinə köçür. Bu gün  Qaraməryəm kəndiylə müəyyən əlaqələrin olmasında məhz bu məqam var.

Kəndimizə tarixi mənbələrdə bir çox hallarda  Sarıcalı Quzanlısı deyərmişlır. Quzanlı kəndinin yaxılığında iki Sarıcalı kəndi olub. Birində Pənax xanın nəslindən olan bəylər, digərində isə onların yaxın xidmətçiləri yaşayırmışlar. İkincisinə isə Cır Sarıcalı kəndi deyərmişlər. Bu kənd ötən əsrin 50-ci illərində Quzanlıya birləşdirilib.

Quzanlı kəndi rəiyyət kəndi olub. Rəiyyət əsasən sərbəst kəndli zümrəsinə aid olub. Yalnız qazandıqlarından vergi verərmişlər.

Sakinlər kəndin ətrafında məskunlaşan bəylərdən torpaq alar və ya icarə götürər, əkin-biçinlə məşğul olarmışlar. Bütün qazanclarını da məhz bu minvalla əldə ediblər. Elə buna görədir ki, rəiyyət kəndi olsa da, hələ o illərdə kənddə 15 bir mərtəbəli -kəllayı-dolayı və artırmalı - evlər inşa edilmişdi. Bu evlərdən əlavə  dördü ikimərtəbəli qırmızı bişmiş kərpicdən inşa edilmişdi. Nəzərə alsaq ki, qırmızı kərpicin on ədədinə bir qızıl onluq verirmişlər, onda  bu evlərin dəyəri haqqında müəyyən təsəvvürümüz yaranar.

Kənddə inqilab illərində çoxsaylı tanınmış simalar gəlib. Həmid və Ayna Sultanovlar atam Məşədi Məhəmmədlə yaxınlıqları olub.

Mir Cəfər Bağırovun dəfələrlə kəndə gəlişi və kənd sakini Şirin kişiylə yaxınlıqları olduğu deyilir.

Kərbəlayı Abdulla,  Əşrəf Əliyev, Topuş kişi (Məhəmmədəli Şərəfxanov), Molla Mehdi Həsənzadə, tarçı Bəhram Rüstəmov, əczaçı Tələt  Əliyev, professor Rüstəm Rüstəmov, pedaqoji elmlər namizədi Əliş Həsənov və onlarca digər tanınmış sima məhz bu kəndin yetirmələridir. Bu simaların hər birinin öz çəkisi, öz hörməti və kölgəsi olub.  Bu simaların hər biri öz səmimiyyəti və istiqanlığı ilə seçiliblər.

Kəndin ətrafında nadir saqqız meşəsinin, habelə Xaçın çayının daim gursulu olması, habelə kəndə yaxın qədim Sofulu kəndinin mövcudluğu Quzanlını bir növ müəyyən hücumlardan qoruya bilib.

Xaçın çayın boyunca un dəyirmanlarının olması  bu ərazilərin çəkisini birə-beş artırıbmış. Bundan əlavə İstiot dəyirmanı, Çərkəz bəy Səfərəlibəyovun, Xurşid banu Natəvanın oğlu Mir Cabbar Ağanın, Əsəd bəyin, Hüseyn bəyin  mülklərinin olması ərazinin iqtisadi inkişafından xəbər verib. Aslan bəy, Hüseyn bəy, Böyük bəy, Salah bəy, Kərim bəy və Səlim bəy  kimi əsilzadə bəylərin əhatəsində kənd sakinləri özlərini daha sərbəst hiss edirmişlər.

Kiçik bir kənddən Axund Mirzə  Mehdi Həsənzadə (Molla Mehdi) və Mirzə Saleh Axundov (Mirzə Salah) kimi maarifpərvər insanlar çıxmışdı. Əlavə edək ki, təxminən eyni dövrdə kənddən Mir Səməd Mir Qədir oğlu da Təbrizə təhsil almağa gondərilmişdi.

Söhbətimizdə Tofiq müəllim şəcərəsinə toxunmağı da unutmadı:

 Quzanlıya  gələnlər arasında olan Alı kişi babam Məşədi Əzizin babası sayılır. Alı kişinin atası Cəfərqulu öz kəndlərində qalıb və bu ərazilərə ayaq belə basmayıb. Alının üç oğlundan birinin adı Cəfər olub. Cəfərin oğlunun adı Məşədi Əziz atam Məşədi Məhəmmədin atası olub.

Demək Cəfərqulu, Alı, Cəfər, Məşədi Əziz və Məşədi Məhəmməd-bunlar bizim nəsil nümayəndələrdir. Demək kəndə gələn Alı,  Hallac, Allahverən və iki Həsənlər bir-birləriylə qohum olsalarda, burada qohumluq münasibətləri daha sıx olmuşdu.

Bu arada qeyd etməliyəm ki, yuxarıda adları çəkilən simaların əksəriyəti barəsində geniş yazılar yazdığımdan onlar barəsində təkrara yol vermək istəmirəm.

İki saata yaxın kəndin tarixi inkişafı barədə söhbət etdik. Söhbət zamanı bir şox mətləblərə toxunduq...

Tofq müəllimin atası Məşədi Məhəmməd  1937-ci ildə represiyaya məruz qalması onun övladlarına da müəyyən  təsirini göstərmiş oldu. Bu günədək o anları  unutmurlar.

Qanunlara riayət  edən atasının birinci katiblə söz güləşdirməsi, üstəlik cavab qaytarması ona baha başa gəlir. Yaş pambığı qəbul etməkdən imtina etməsi, üstəlik NKVD rəisi erməni mənşəli  M.Camqarovun  dinc dayanmayaraq daim birinciyə onun haqqında donos kimi-guya vaxtıylə qızıl əsgərləri güllə barana tutubmuş, yazması nəticədə Məşədi Məhəmmədin həbsinə rəvac verir. İki ay əvvəl birinci katibin əmriylə  beş nəfərlə pul mükafatına layiq bilinən şəxs bir gün həbs olunur.

Gecə saat ikidə qəflətən dördnəfərlik komissiya yoxlamağa gələrək evdəki əşyaları ucota alırlar. NKVD işçiləri kənd soveti sədriylə artıq həyətin hər bir küncünə baxış keçirib əllərinə keçənləri qeydə alırlar.

Sonra evdə olan əşyaları müsadirə olunduğunu elan edir və kürsüləri, yorğan döşəkləri, xalça-palazı yığıraq , səhər tezdən isə doqquz kəl arabası ilə Ağdam  şəhərinə aparırlar.

Beləlilklə, nənəm  Asya arvad beş uşağa tək  baxası olur. Amma qardaşlarının da kölgəsini daim üzərində hiss edir.

Xöşbəxtlikdən Asya arvad ev-eşikdə olan qır-qızılı tüstü bacasında gizlətdiyindən ondan duyuq düşə bilmirlər. Həmin qızıllar müharibə dövründəki   aclıq vaxtı ailənin karına çatır.

Qardaşı Əşrəf Əliyev rayonda tanınmış sima, vəzifə sahibi olsa da, məsələyə müdaxilə edə bilməmişdi, gücü ancaq bacısına xəbər göndərməyə çatmışdı.

Beləliklə, daim “kulak” oğlu adlandırılsa da o ali təhsil alır, kənd məktəbində riyaziyyat  müəllimi, bir müddətdə məktəb direktoru vəzifəsində çalışır...

Söhbətdə maraqlı bir məqama da toxunur Tofiq müəllim.

Demək,1956-cı ildə N.Xruşşovun dövründə repressiya qurbanlarına bəraət verilərkən evdən müsadirə olunan əşyaların geri qaytarılması tələbi qoyulmuşdu. Lakin araşdırmalardan sonra məlum oldu ki, məhkəmə prosesinə aid sənədlərin içərisində ev əşyalarının siyahısı və ya hər hansı aktı yoxdur.

Təəssüf ki, sonralar  ev əşyalarının bəzilərini onu aparanların övladlarının evində görüblər...

Bu yazıda Qarabağı özündən artıq sevən 85 yaşlı ziyalının həyat hekayəsinə qısa şəklidə tanış olduq.

Ümid edirəm ki, kəndinin  tarixi haqqında ciddi bilgilərə sahiblənən ziyalının xatirələri hər bir gəncin diqqətini çəkəcək. 
 Vüqar Tofiqli

 

     

 

 




Baxış sayı: 3 227
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031