Zəngəzur dəhlizi ilə bağlı razılaşma rəsmi Bakının növbəti parlaq qələbəsidir. Bakının diplomatik səyləri 44 günlük Vətən müharibəsinin yekunlarının ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən tanınmasına gətirib çıxardı. Prezident İlham Əliyev Azərbaycanın maraqlarının təmin olunmasına tarixi töhfələrə nail olaraq, uzaqgörən dövlət xadiminin müdrikliyini nümayiş etdirdi. Fact-info.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal bildirib. O, Vaşinqtonun Bakıya qarşı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırmasına, o cümlədən əvvəllər aktiv anti-Türkiyə və anti-Azərbaycan qüvvələrin mərkəzi hesab edilən ölkələrdə erməni diasporunun təsirinin azaldılmasına diqqət çəkib.
Ünsalın sözlərinə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun işə salınması bütün region ölkələrinə, o cümlədən Ermənistanın özünə də fayda verəcək.
“Vaşinqtonun iştirakı ilə razılaşma hər hansı səbəbdən uğursuz olarsa, Bakı və Ankaranın İrandan keçəcək alternativ yolu var. Uduzan tərəf yalnız Ermənistan olacaq”, - deyə TADDEF rəhbərinin müavini vurğulayıb.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
