FACT-INFO.AZ » SİYASƏT » Əcnəbi media: Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
16-08-2025, 10:00 | SİYASƏT
Əcnəbi media: Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək

Böyük Britaniya mediası Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılşamanı geniş şəkildə işıqlandırmaqda davam edir. Fact-info.az xəbər verir ki, “Express.co.uk” yazır ki, Tramp “heç kimin mümkün hesab etmədiyi” bir sülh razılaşmasına nail olub və bununla diplomatiyada yeni bir mərhələ açıla bilər. Nəşrin məlumatına görə, bir neçə gün əvvəl Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan 1988-ci ildən bəri davam edən münaqişəyə son qoyacaq sazişi paraflayıblar. Xəbərdə Prezident İlham Əliyevin bu sözləri sitat gətirilib: “Əgər Prezident Tramp, onun komandası və dostumuz, xüsusi nümayəndə Stiv Vitkoff olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan hələ də sonsuz danışıqlar prosesində qalardı”.

Nəşr, həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun açıqlamalarına yer verib. Səfir, D. Trampın prosesdə mühüm rol oynadığını, tərəfləri bir araya gətirmək, danışıqları irəli aparmaq və siyasi dəstəyi təmin etmək istiqamətində önəmli təşəbbüslər göstərdiyini vurğulayıb. O, D. Trampın sülhə səmimi bağlılığının və diplomatik fəallığının danılmaz olduğunu qeyd edib. “GB News” isə səfir Süleymanovun iki ölkə arasında əldə olunan razılaşmanı tarixi məqam kimi qiymətləndirdiyini yazıb. Səfir bildirib ki, sənəd hələ imzalanmasa da, onun paraflanması üç onillikdən artıq davam edən postsovet münaqişə irsini arxada qoymaq üçün mühüm addımdır. Onun sözlərinə görə, Tramp administrasiyasının səmimi səyləri tərəflərin bir masa ətrafına toplaşmasına imkan verib və 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bu prosesin uğurla nəticələnməsinin əsas amillərindən biri olub.

Britaniya mediasının materiallarında qeyd edilib ki, bu razılaşma regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.




Baxış sayı: 155
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30