FACT-INFO.AZ » CƏMİYYƏT » İşğalçı Ermənistan Azərbaycan mədəni sərvətlərinin ticarətindən əldə etdiyi gəlirləri terrorizmin dəstəklənməsinə yönəldir
23-03-2017, 20:00 | CƏMİYYƏT
İşğalçı Ermənistan Azərbaycan mədəni sərvətlərinin ticarətindən əldə etdiyi gəlirləri terrorizmin dəstəklənməsinə yönəldir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin qurumun Paris qərargahında keçirilən növbəti toplantısı bir sıra mühüm məsələlərin ətraflı müzakirəsi ilə yadda qalıb. Komitə iclasında texnologiyaların inkişafı və insan hüquqları, Avropada milli azlıqların dillərinin qorunması və inkişaf etdirilməsi, demokratik seçkilərdə mətbuatın rolu kimi mövzular ətrafında aparılan fikir mübadilələrində qonaqlar və ekspertlər də iştirak edib.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq ölkəmiz üçün maraq kəsb edən məsələlərə münasibətini bildirib.

“AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsi ilə Avropa Şurasının Şimal-Cənub Mərkəzi arasında əməkdaşlıq” mövzusunda çıxış edən Şimal-Cənub Mərkəzinin icraçı direktoru səfir Antonio Qamito Assambleyaya təqdim edilmiş bir sıra məruzələrin bu əməkdaşlığın səmərəli nəticələrindən biri olduğunu qeyd edib. O, komitə üzvü Rafael Hüseynovun hazırladığı və 2016-cı ildə Parlament Assambleyasında qətnamə layihəsi kimi qəbul edilmiş “Avropada etiqad və dini təcrübələr azadlığı” adlı məruzənin əhəmiyyətini xüsusi vurğulayaraq, belə balanslaşdırılmış, obyektiv mövqenin əks olunduğu hesabatların Avropada tolerant mənəvi mühitin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Assambleyanın yaz sessiyasından əvvəl keçirilən komitə iclasının başlıca mövzusu avstriyalı deputatın təqdim etdiyi “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni ticarəti” adlı məruzə olub.

Fransadan UNESCO-nun mədəni irs və muzey bölməsinin proqram mütəxəssisi Edvard Planşe, Beynəlxalq Muzeylər Şurasının Proqram və Əməkdaşlıq üzrə direktoru xanım Frans Demarye, Böyük Britaniyadan mədəni irs üzrə ekspert Con Bold müzakirələrə qatılaraq, komitə üzvlərinə bəhs edilən mövzu ilə bağlı maraqlı faktları və təfərrüatları çatdırıblar. Müzakirələrə qoşulan deputat Rafael Hüseynov məruzədə hətta Avropa Şurasına daxil olmayan bir sıra dünya ölkələrində, o cümlədən İraqda, Suriyada, Əfqanıstanda hərbi münaqişələr zamanı mədəni irs nümunələrinin dağıdılması, qəsb edilməsi ilə bağlı məqamların yer almasını müsbət qiymətləndirərək, məruzədə Azərbaycanın mədəni sərvətlərinə erməni təcavüzü ilə bağlı söz açılmamasına iradını bildirib və bunu aradan qaldırmağı tövsiyə edib.

“Bu mövzu ölkəmdən ötrü və mənim üçün son dərəcə həssas səciyyə daşıyır. Mən ömrüm boyu mədəniyyət məsələləri ilə məşğul olmuşam və bu gün də ölkəmdəki ən böyük muzeylərdən birinə rəhbərlik edirəm. Dərin təəssüf hissi ilə diqqətinizə çatdırıram ki, artıq 25 ildir Azərbaycandakı 200-dən artıq muzeydən 22-si, eləcə də 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərzilərdə qalıb. İşğalçı dövlət Azərbaycanın mədəni sərvətlərinin böyük hissəsini dağıdıb, bir çoxunu da qəsb edərək özününküləşdirmək xətti tutub. Azərbaycanın Ağdam, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər və digər işğal altındakı rayonlarından, səma altında muzey olan Şuşa şəhərindən oğurladığı mədəni irs nümunələrinin ticarəti də Ermənistanın dövlət siyasətinin bir parçasına çevrilib. İşğal altında saxladığı nəzarətdən kənar ərazilərdə narkotiklərin becərilməsi və tranzitindən qazandığı çirkli pullarla yanaşı, Ermənistan Azərbaycandan qəsb etdiyi mədəni sərvətlərin satışından əldə etdiyi vəsaitləri də qanunsuz yollarla silahlanmaya və terrorizmi dəstəkləməyə yönəldir. Ona görə də mədəni sərvətlərə qarşı təcavüzlərdən bəhs edən bir məruzədə bu həqiqətlərin yer alması vacibdir”, - deyə Rafael Hüseynov vurğulayıb.

Rafael Hüseynov məruzəçiyə Azərbaycanın mədəni sərvətlərinə qarşı Ermənistanın qəsbkarlıq siyasətini əks etdirən zəngin illüstrativ materiallar və sənədlər təqdim edib.

 Komitənin digər üzvləri də Azərbaycan nümayəndəsinin mövqeyinə şərik çıxdıqlarını bildirərək, belə bir məruzədə üzv dövlətlə bağlı problemlərin, ilk növbədə, əksini tapmasının zəruri olduğunu təsdiq ediblər.(AZƏRTAC)




Baxış sayı: 1 805
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30