FACT-INFO.AZ » AKTUAL » Xocalı, ay Xocalı...
21-02-2025, 19:30 | AKTUAL
Xocalı, ay Xocalı...

      Fəxrəddin MEYDANLI-şair, publisist

 

1978-ci ilin 01 may tarixi-“Zəhmətkeşlərin həmrəylik günü”-Belarus respublikası, Minsk şəhəri. 30 nəfərdən ibarət iş yoldaşı ilə çalışdığımız Evlərdə Zəhmət Kombinatının Yerli Həmkarlar komitəsinin xətti ilə üç günlük güzəştli turist gəzintisi.

Qrupumuzun səyahət proqramına daxil olan ilk yer, Minsk şəhərinin yaxınlığında yerləşən (Minsk vilayəti, Loqoyskiy rayon) “Xatın Dövlət Memorial Kompleksi” idi.

Biz avtobusla Kompleksin ərazisinə daxil olanda, elə bil ki, real dünyadan ayrılıb, tamamiylə başqa bir mühitə düşdük.

Kompleks başdan-başa qara mərmərdən işlənmiş bir böyük ərazidən ibarət idi. Kompleksin girişində yarıçılpaq bir qocanın hər qolunun üstündə saxladığı bir körpə uşaq əks olunmuş heykəl ucaldılmışdı.  

Kompleksin ərazisində 185 simvolik məzar da yer almaqda idi.

Digər bir hissədə isə hündür bir abidənin yuxarı hissəsində iki əlin şəhadət barmağnı xatırladan barmaqcıqlar arasında yerləşdirilən və hər otuz saniyədən bir səslənərək adamın ətini ürpəşdirən bir zəng mövcud idi.

Kompleks yeraltı və yerüstü olmaqla iki hissədən ibarət idi. Yeraltı kompleksdə Xatın faciəsini xatırladan müxtəlif eksponatlar, yerüstü hissəsində isə bu faciə nəticəsində həlak olmuş insanların adları, atalarının adları və soyadları qabarıq hərflərlə həkk olunmuşdu...

22 mart 1943-cü ilin səhəri. Alman faşistləri Xatın kəndini müasirəyə alıb, insanları evlərindən çıxararaq ağacdan inşa olunmuş bir tövləyə cəm edir, tövlənin çöl divar hissəsini samanla örtərək, benzin töküb yandırırlar. Bu zaman içəridə olan 149 insan, o cümlədən ən kiçiyinin yeddi yaşı olan 75 uşaq yanaraq külə dönürlər.

Həmin gün gözdən yayınıb gizlənə bilən iki azyaşlı uşaq və bir qoca sağ qala bilirlər ki, 1969-cu ildə Konpleks inşa olunanda yuxarıda xatırlatdığım hekədə hələ də həyatda olan həmin üç nəfər əks olunublar...

Bu dəhşətli mənzərəni ürək ağrısı ilə seyr edən zaman, heç ağlıma belə gəlməzdi ki, cəmi 14 il sonra-1992-ci ilin fevral ayının şaxtalı bir gecəsində, oxşar faciəni-soyqrımı Xocalı sakinləri-Azərbaycan xalqı yaşayacaq, Ermənistanın silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının

zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycan şəhərini işğal edərək viran qoyacaq, orada yaşayan etnik azərbaycanlıları isə vəhşicəsinə qətlə yetirəcəklər.

Xocalı əslində 1991-ci ilin oktyabr ayından Qarabağdakı erməni separatçılarının blokadasında idi. Oktyabrın 30-da isə şəhərlə avtomobil əlaqəsi tam kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq helikopter əlaqəsi qalmışdı.

Faciə gecəsi erməni qəsbkarları Xatında olduğu kimi, insanları evlərində diri-diri yandırmış, əliyalın insanları yatdıqları yerdəcə amansızlıqla qətlə yetirmiş, hər kəsə qarşı qətlam cinayəti törətmişlər.

Xocalıya üç istiqamətdən hücum aparıldığından daha fəal olan əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş və taqətdən düşmüş insanların çox hissəsi isə Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir.

Separatçılar gecə ikən Qarabağın Xocalı şəhərinə basqın edərək, yaşından və cinsindən asılı olmayaraq, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakinini qətlə yetirmiş, 8 ailənin üzvlərini tamamilə məhv etmiş, 25 uşağı hər iki valideynindən, 130 uşağı valideynlərindən birindən məhrum etmiş, 76-sı uşaq olmaqla, 487 nəfəri yaralamış, 1275 nəfəri isə əsir götürmüşlər. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68-i qadın və 26-ı uşaq olmaqla, taleylərindən bugünkü günə qədər hələ də məlumat yoxdur.

Bununla bağlı "Memorial" İnsan Hüquqları Mərkəzinin 25-26 fevral 1992-ci il tarixlərində Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatında hücuma qədər Xocalıda şəhərin bir neçə yüz müdafiəçisi də daxil olmaqla iki-dörd min əhalinin olduğu qeyd olunurdu.

Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlıdır.

Onun qısa müddətli hərbi jurnalistika karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri geniş şəkildə lentə alması olmuşdur.

Xocalının müdafiəsi zamanı Azərbaycanın yeddi Milli Qəhrəmanı iştirak etmişdir. 

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovniki Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edə bilmişdir.

Erməni qəsbkarlarının törətdikləri bu dəhşətli faciə insan övladına xas olmayan, vəhşi bir varlığın əməldir desək, məncə daha doğru olardı.

Müharibə qanunlarına, beynəlxalq müvafiq konvensiyalara məhəl qoymayan-türk qanına susamış erməni-daşnaksütün mənsubları insanları qəddarlıqla-xüsusi amansızlıqla qətlə yetirməkdən sanki həzz alırmışlar kimi, insanlıq adına yaraşmayan belə bir qanlı əməli ikiyüz ildən çoxdur  ki, davam etdirməkdədirlər.

Erməni dedikdə-dünyanın bir çox yerində “fəaliyyət” göstərən qəsbkar terror təşkilatı göz önündə canlanır.  

Hazırda Xocalı Soyqımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Faciəni parlament səviyyədə qətliam  səviyyəsində tanıyan ölkələr sırasında Pakistan, Sudan, MeksikaKolumbiyaÇexiya, Bosniya və HerseqovinaCibutiPeruHondurasPanama,   İordaniyaRumıniya və Şotlandiyanı və s. göstərmək olar.

ABŞ-nin 22 ştatı isə Xocalı qətliamını rəsmi şəkildə tanımışdır. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Və bu qətliam Azərbaycanın hərb tarixinin ən faciəli hadisəsi sayıla bilər.

 

HAŞİYƏ:-Xocalıda sağ qalmış insanların helekopterlə təxriyyəsində yaxından iştirak etmiş əzmkar bir insan-hazırda İzraildə yaşayan Əsəd Fərəcov söyləyir ki, 26 fevral 1992-ci il tarixdə Xocalıdan axırıcı helekopteri yola salarkən, həlak olmuş və donmuş ananın qucağındakı körpə qızcığaz nəzərimi cəlb etdi və uşağı ananın qucağından götürərək helekopterlə Ağdama gətirib onu ölü bilərək məscidə təhvil verdim.

Məsciddə meyidlər yuyulan zaman isə bir tibb bacısı bu iki yaşlı qızcığazın nəfəs aldığını görərək evinə aparmış və sonradan uşağın cibindəki kağızla kimliyini öyrənib onu ana nənəsinə təhvil verdiyi məlum olmuşdur.

2019-cu ildə Bakı Kitab evində Xocalı tədbiri zamanı “Xocalıya ədalət” kompaniyasının təşəbbüsçüsü-Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla xanım Əliyevanın xahişi ilə mən bu qızın uzun müddət axtarışında olsam da nəticə hasil olmamışdır.

Nəhayət ki, 2022-ci ildə Opera və Balet teatrında bu xanımla-Kübra Mahmudova ilə görüşmək tanınmış fəal, şair Nigar Hasan-Zadəyə nəsib olmuş və Nigar xanım onu Əsəd Fərəcovla görüşdürmüşdür

26 fevral 2024-cü il tarixi Bakı, Beynəlxalq Muğam Mərkəzi-Heydər Əiyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kompaniyası çərçivəsində "Xocalı soyqrımı"nın 32-ci ildönümünə həsr olunmuş tədbir zamanı, mən də Kübra xanımla tanış olmaq imkanı qazandım.

Şəkildə sağdan Kübra-Mahmudova (o ailəlidi, üç uğaq anasıdır), Fəxrəddin Meydanlı, Əsəd Fərəcov və soldan birinci Nigar Həsənzadə.

Azərbaycan Prezidentinin-Ali Baş Komandanın siyasi peşəkarlığı-Dəmir yumruğu, qəhrəman ordumuzun əzmkarlığı və xalqımızın biliyi sayəsində 2020-ci ildəki 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı 24 saatdan az çəkən antiterror əməliyyatı nəticəsində Qarabağımız tam azad edilmiş, suverenliyinə qovuşmuş Azərbaycan torpağı-o cümlədən Xocalı şəhəri bu gün abad, yaraşıqlı, müasir bir məkana çevrilməkdədir...

 

Xocalı, ay Xocalı,
Düşmən tapdı “macal”ı.

Arxalanıb “yad” gücə,

Basqın eylədi gecə.

Altında “boz kəhər”i,

Viran etdi şəhəri.

Bilmədi qadın, kişi,

Vurdu hər kəsə “şiş”i.

Bağladı qapıları,
Yandırdı çox canları.

Körpə bağrını dəldi,

Ana fəryada gəldi.

Fevralda qırov-şaxta,

Qan izi laxta-laxta.

“Qarqar” çayı amansız,

Süngilə gəlir qansız.

Geriyə qalan ölür,

Daşnaqlar baxır, gülür.

Bənzərin var “Xatın”a,
O dəhşətə, o ana...

Çingiz çəkdi-nə gördü-
kadrları götürdü.

Yaydı aləmə-yaydı,
bu da bir növ haraydı...

“Xocalıya ədalət”,

Haqq yerin tutar əlbət.

Yerdə qalmaz nahaq qan,
Mənfur özü verdi can.

Ordumuz qovdu, qaçdı,
“Qaçaqaç” da yarışdı.

İndi Ölkəmiz azad,
Hər tərəf olur abad.

Türk, türkə arxa, candı,

Qarabağ Azərbaycandı.

16.09.2024-Bakı


 

 

 

 

 

 




Baxış sayı: 800
Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb Dünən, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub Dünən, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region Dünən, 12:30 Bəzi sözlərin mənşəyi haqqında Dünən, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu Dünən, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Dünən, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Dünən, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Dünən, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Dünən, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir 18-09-2026, 11:00 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 11 nəfər saxlanılıb 18-09-2026, 10:30 Azərbaycan Britaniya ilə yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığı müzakirə edib 17-09-2026, 20:00 Üzeyir Hacıbəyli Festivalının proqramı açıqlanıb 17-09-2026, 18:30 Azərbaycanın QHT Agentliyi Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunur 17-09-2026, 17:00 Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməlidir 17-09-2026, 16:00 Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib 17-09-2026, 15:30 Xankəndində yeni məktəb fəaliyyətə başlayacaq 17-09-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930