FACT-INFO.AZ » QHT » BMT: Yaxın Şərqdəki müharibənin pozduğu humanitar təchizat zəncirləri 2027-ci ildən əvvəl bərpa olunmayacaq
3-06-2026, 10:00 | QHT
BMT: Yaxın Şərqdəki müharibənin pozduğu humanitar təchizat zəncirləri 2027-ci ildən əvvəl bərpa olunmayacaq

Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, Yaxın Şərqdə davam edən müharibənin qlobal humanitar təchizat zəncirlərinə vurduğu zərərin aradan qaldırılması, hətta münaqişə dərhal dayandırılsa belə, 2027-ci ildən əvvəl mümkün olmayacaq.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) qlobal nəqliyyat və logistika üzrə məsul əməkdaşı Jan Sedrik Myeus məlumat verib.

Myeus ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlanmasından təxminən 100 gün sonra – bu gün çıxışında bildirib ki, münaqişənin təsirləri artıq Yaxın Şərq regionunun hüdudlarını aşaraq qlobal miqyas alıb.

Onun sözlərinə görə, humanitar təchizat zəncirlərində yaranan fasilələr dünyanın müxtəlif bölgələrində uşaqlara mənfi təsir göstərir. Təchizat marşrutlarında sıxlığın artması və daşınma xərclərinin yüksəlməsi humanitar əməliyyatların həyata keçirilməsini çətinləşdirir.

UNICEF rəsmisi qeyd edib ki, Yaxın Şərqə, xüsusilə də Hörmüz boğazı vasitəsilə həyata keçirilən daşımaların pozulması qısa müddətdə humanitar böhrana çevrilə bilər. O vurğulayıb ki, davam edən gecikmələr və əməliyyat xərclərinin artması təşkilatı çətin seçimlər qarşısında qoyur.

“Daşınmaya sərf olunan hər əlavə dollar uşaqlara yardım üçün ayrılan vəsaitin azalması deməkdir”, – deyə Myeus bildirib.

Vurğulanıb ki, Yaxın Şərqdə hava yükdaşımalarının həcmi azalıb, bəzi aviaşirkətlər isə Afrikanın bir sıra istiqamətlərinə uçuşları dayandırıblar. Limanlarda yaranan sıxlıq probleminin Afrikanın müxtəlif bölgələrinə də yayıldığı bildirilir.

Myeusun sözlərinə görə, Hindistandan Nigeriya və Konqo Demokratik Respublikasına vaksinlərin hava yolu ilə daşınma xərcləri 50-70 faiz artıb. Bu isə humanitar təchizat sistemlərində genişmiqyaslı zəncirvari təsirlərə səbəb olur.

UNICEF rəsmisi əlavə edib ki, hətta tərəflər arasında razılaşma əldə olunaraq Hörmüz boğazı yenidən açılsa belə, təşkilatın təchizat zəncirlərində vəziyyət ilin sonunadək əhəmiyyətli dərəcədə yaxşılaşmayacaq.

BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) da bildirib ki, müharibənin yaratdığı neft qiyməti şokları inkişaf etməkdə olan ölkələrə ciddi təsir göstərir. Təşkilatın nümayəndəsi Marselo Rizzi qeyd edib ki, bir çox ölkələr əsas idxal ehtiyaclarının maliyyələşdirilməsi ilə digər prioritetlər arasında seçim etmək məcburiyyətində qalırlar. “Geosiyasi şok inkişaf prosesində daha ağır nəticələr doğuran bir sarsıntıya çevrilir. Hətta atəşkəs və ya sülh sazişi əldə olunsa belə, təsirlər uzun müddət davam edə və struktur xarakter ala bilər”, – deyə o vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da yanacaq təminatında davam edən problemlər və səhiyyə sistemlərinin dayanıqlığının zəifləməsi ilə bağlı xəbərdarlıq edib.

ÜST-nin sözçüsü Kristian Lindmayer bildirib ki, ən ciddi təsirlər Kuba, Qəzza, Cənubi Sudan, Somali, Efiopiya, Sudan və Yəməndə müşahidə olunur.

Onun sözlərinə görə, xüsusilə dizel yanacağının çatışmazlığı səhiyyə sistemlərinin fəaliyyəti üçün ən böyük təhlükə olaraq qalır. Çünki xəstəxanalar, soyuducu sistemləri, təcili yardım avtomobilləri, su sistemləri və humanitar logistika yanacaqla işləyən infrastruktura əsaslanır.




Baxış sayı: 150
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30