FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib
1-06-2026, 15:30 | MƏDƏNİYYƏT
Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib

Mayın 31-də Şamaxı rayonunun Qızmeydan kəndində Qərbi Azərbaycanın Amasiya rayonunun Elləroyuğu kənd İcmasının təşkilatçılığı ilə “Elləroyuğu” Yaylaq Festivalı keçirilib.

Fact-info.az xəbər verir ki, festival Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, xüsusilə Ağbaba-Şörəyel mahalının milli-mənəvi dəyərlərinin yaşadılması və təbliği məqsədilə təşkil olunub.

Tədbir çərçivəsində əvvəlcə mahalın tarixi yaddaşını, toponimlərini, yurd yerlərini və milli adət-ənənələrini əks etdirən “Kəndimizin tarixi yaddaşı” sərgisi nümayiş etdirilib. Qonaqlar sərgi vasitəsilə Ağbaba-Şörəyel mahalının zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar.

Ağbaba-Şörəyel mahalının Azərbaycanın tarixi-coğrafi məkanının ayrılmaz hissəsi olmaqla yanaşı, qədim Oğuz-Türk mədəniyyətinin mühüm mərkəzlərindən biri kimi təqdim olunduğu tədbirdə bildirilib ki, bölgənin mədəni simasının formalaşmasında Ağbaba-Çıldır aşıq mühiti mühüm rol oynayıb və bu mühit xalqımızın mənəvi dəyərlərinin, tarixi yaddaşının və milli kimliyinin qorunaraq gələcək nəsillərə ötürülməsində əvəzsiz xidmət göstərib.

Festival çərçivəsində Ağbaba-Çıldır aşıq mühitinin görkəmli nümayəndəsi, saz-söz sənətinin tanınmış ustadı Aşıq İsgəndər Ağbabalının anadan olmasının 100 illik yubileyi də qeyd edilib.

Tədbirdə çıxış edən Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov festivalın milli yaddaşın yaşadılması, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, belə təşəbbüslərin Qərbi Azərbaycan irsinin təbliği və Böyük Qayıdış ideyasının təşviqi istiqamətində mühüm töhfə verdiyini vurğulayıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ağbaba-Şörəyel mahalının zəngin tarixi-mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının mühüm vəzifələrdən biri olduğunu bildirib. O qeyd edib ki, bu cür tədbirlər milli yaddaşın yaşadılmasına, Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə və doğma yurd yerlərinə bağlılığın möhkəmləndirilməsinə xidmət edir.

Digər natiqlər də Ağbaba-Çıldır aşıq məktəbinin Azərbaycan mədəniyyətindəki xüsusi yerindən danışıblar.

Festivalın rəsmi hissəsində Qərbi Azərbaycan İcmasının sıralarına qəbul olan yeni üzvlərə İcmanın üzvlük vəsiqələri və döş nişanları təqdim edilib. Həmçinin İcmanın fəaliyyətində fəallıq göstərən bir qrup şəxs təşəkkürnamələrlə təltif olunub.

Festival çərçivəsində şair-publisist Şəmsi Qocanın və şair İmran Güllübulaqlının el-obaya həsr olunmuş şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib. Tədbir iştirakçılarına Şəmsi Qocanın müəllifi olduğu “Əsrin saz yaddaşı: Aşıq İsgəndər Ağbabalı” monoqrafiyası, eləcə də ağbabalı alim və tədqiqatçıların, şairlərin məqalə və şeirlərindən ibarət “Aşıq İsgəndər Ağbabalı – 100” kitabı hədiyyə olunub.

Festivalın bədii hissəsində el sənətkarları Qəşəm İsaoğlu, Telman Gülsehran və usta Naib çıxış edib, gənclərin və ağsaqqalların birgə ifa etdikləri Ağbaba yallısı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30