FACT-INFO.AZ » AKTUAL » Repressiyalar totalitar sovet rejiminin simasın göstərib
1-06-2026, 12:00 | AKTUAL
Repressiyalar totalitar sovet rejiminin simasın göstərib

Hədəfimiz XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində tədqiqatları davam etdirmək olub. Ömrünü, intellektul potensialını və hətta maddi sərvətini  elmə həsr edən Salman Mümtaz kimi bir insan necə ola bilərdi ki, cəmiyyət və dövlət üçün təhlükəli olsun? Məlum məsələdir ki, cinayətkarın yeri həbsxanadır. Amma günahsız elm adamlarını həbsxanaya, ölüm düşərgələrinə göndərməklə totalitar sovet rejimi öz qəddar simasını ortaya qoyub. Salman Mümtazd  haqqında xeyli yazılıb. Amma araşdırmalı məqamlar çoxdur.

 O, 1884-cü ildə tacir ailəsində doğulub. Salman Məmmədəmin oğlu Əsgərov ilk təhsilini Aşqabadda alıb. Onun atası Məmmədəmin Aşqabadda ticarətlə məşğul olur. Sonralar Salman Mümtaz məhz həmin ticarətin sayəsində bir çox xeyriyyə işlərinə, o cümlədən, Azərbaycan şairlərinin əlyazmalarının toplanması işinə imza atır.
Tədqiqatçı Aslan Kənan yazır: Salman dayısının yanında ticarətlə məşğul olmaq məcburiyyətində qalır. Fitri istedad, ədəbiyyata hədsiz maraq, güclü hafizə sahibi olan S.Mümtaz ticarətlə məşğul olmaqla yanaşı, fars, ərəb və urdu dillərini də mükəmməl öyrənməyə səy göstərmişdir. Məhz bunun nəticəsi idi ki, o dünya ədəbiyyatı klassiklərinin əsərlərini və zəngin folklorumuzun toplanmasında хüsusi хidmətlər göstərmişdir. S.Mümtaz ticarətdə əldə etdiyi qazancı yalnız nadir kitablara, cünglərə, qədim əlyazmalara sərf edirdi. Bunun nəticəsi idi ki, S.Mümtaz хalqımızın nadir incilərini itib-batmaqdan, məhv olmaqdan хilas etmək üçün nəinki Azərbaycanı, hətta qonşu ölkələri dolaşır, oba-oba, ev-ev, gəzərək əlyazmalar sorağına düşür və şəхsi hesabına onları əldə edirdi”.[ A.Kənan “XX əsrdə repressiyaya məruz qalanlar” kitabı, Bakı , 2011]
Salman Mümtazın kiçik yaşlarında Mirzə Ələkbər Sabirlə görüşü onun həyatında bir dönüş yaradır. Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənir. Şərqin bir çox klassik şairlərinin əsərlərini dönə-dönə oxuyur.
1908-–1909-cu illərdə “Molla Nəsrəddin” və dövrün bir çox nəşrləri ilə əməkdaşlıq edən Salman Mümtaz  “Xortdan bəy”, “Sağsağan” kimi imzalarla yazılar çap etdirirdi. Gördüyü işlərdə həmişə Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mirzə Cəlildən mənəvi dəstək görən S.Mümtaz “Molla Nəsrəddın” jurnalının geniş yayılmasına dəstək olur. 1913-cü ildə Salman Mümtaz ilk kitabı olan “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı”nı Mirzə Cəlilin Tiflisdə fəaliyyət göstərən “Qeyrət” mətbəəsində nəşr etdirir.
Cümhuriyyətin yaranması ərəfəsində o, ailəsi ilə birlikdə Bakıya köçərək, “Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyət  göstərir. Qəzetdəki fəaliyyəti ilə yanaşı, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanmağa başlayır. 1919-cu ildə “Yaşıl Qələm” Ədəbi Cəmiyyətinin üzvü olan S.Mümtaz  cəmiyyətin normal fəaliyyət göstərməsi üçün çox böyük həvəslə maddi yardımlar edir.

Sovetləşmədən sonra da öz ədəbi fəaliyyətini davam etdirən Salman Mümtaz 1920–1925-ci illərdə Azərbaycanı qarış-qarış gəzərək, öz şəxsi vəsaiti hesabına 200-ə yaxın kitab, əlyazma və məqalə toplamağa nail olur və “Kommunist” qəzetində “Unudulmuş   yarpaqlar” adı  altında silsilə məqalələr dərc etdirir. Elə bu dövrdə onun rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının bərpası komissiyası təşkil olunur. Salman Mümtaz Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun kapitalizmə qədər olan dövr üzrə Azərbaycan ədəbiyyatı bölməsinin müdiri (1929–1932), Azərbaycan Dövlət Muzeyinin elmi işçisi (1932–1933) olub. Görkəmli mətnşünas eyni zamanda, həm “Azərnəşr”in klassik irs şöbəsinin müdiri (1933–1936), həm də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat bölməsinin elmi işçi, daha sonra müdiri vəzifəsində çalışıb (1933–1937).
Lakin 1937-ci ilin qanlı repressiya burulğanı bu ziyalı insandan da yan keçmədi. Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirlər.
“Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və 8 oktyabr 1937-ci ildə siyasi düşmən kimi həbs olunaraq, ağır işgəncələrə məruz qalır. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilir. Məhkəmədə əksinqilabi millətçi təşkilata üzv olduğunu sübut etmək üçün B.Çobanzadə, Ə.Qubaydullin, R.Axundov və başqaları ilə qarşıdurmalar yaransa da, o, millətçi mövqedə olmadığını bildirir. Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur. 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnir.
Tədqiqatçı Nəsiman Yaqublu “Ağrılı ömürlər” (Bakı, Yazıçı, 1990. səh. 121.) adlı kitabında Salman Mümtazla bağlı maraqlı məqamlara aydınlıq gətirib. Müəllif yazır: Salman Mümtazın qızı Şəhla Mümtazzadə atasına baş çəkmək üçün 1938-ci ildə həbsxanaya gəlir. O, atasını görəndə dəhşətdən özünü itirir. Salman Mümtazın bütün dişləri tökülmüşdü, üz-gözündə şiş, göy vardı”.[ N. Yaqublu “Ağrılı ömürlər” (Bakı, Yazıçı, 1990. səh. 121.)]
Digər bir mənbə. Osman Mirzəyevin tərtibatında çap olunan “Ağ ləkələr” kitabında qeyd olunub: “Salman Mümtazın qızı xatırlayır ki, atamla ailəsi ilə 15 dəqiqəlik görüş verdilər. Həmin görüşdə atam danışırdı ki, professor Çobanzadə və Ə.Qubaydullin yalanlarına şahidlik edib üzümə durublar. Ə.Qubaydullina çox yaxşılığı keçmiş Salman Mümtaz professoru məzəmmət edir. Qubaydullin ona sarı atılıb kədərli bir səslə “məcburam Salman, məcbur eləyirlər, bacarmıram. Sonra nəzarətçilər professorun başına, ağzına təpiklə vuraraq, onu sürüyə-sürüyə aparırlar”.[ O. Mirzəyev “Ağ ləkələr silinir” kitabı, Bakı, 1991, səh. 93]
Folklorşünas alim, professor Azad Nəbiyev Salman Mümtazın irsi ilə bağlı acı bir həqiqətə toxunmuşdur: “ S. Mümtaz ömrünün ən gözəl çağlarında, elmi və ictimai fəaliyyətinin genişləndiyi dövrdə repressiyaya məruz qalmış, onun arxivi, zəngin kitabxanası tonqallarda yandırılmışdır. Nəşr etdirdiyi əsərlərlərin bir qismi də sonradan müxtəlif müəlliflər tərəfdən mənimsənilmişdir”.

Əkrəm Bəydəmirli




Baxış sayı: 280
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30