Türkiyənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, qəzetləri və xəbər saytları “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Bakı Enerji Forumunun açılışını geniş işıqlandırıblar.
Qardaş ölkənin media qurumları Bakı Ekspo Mərkəzində keçirilən forumun rəsmi açılış mərasimindən reportajlar hazırlayaraq Prezident İlham Əliyevin çıxışından əsas məqamları çoxsaylı auditoriyaya çatdırıblar.
Xəbərlərdə Azərbaycan Prezidentinin Bakının qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfəsini artırmağa hazır olması barədə fikirlərinə xüsusi yer ayrılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciət də geniş diqqət çəkib. Müraciətdə həyata keçirilən iri layihələr fonunda Türkiyə ilə Azərbaycanın enerji sahəsində strateji tərəfdaşlığının rolu vurğulanıb.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın Bakıda çıxışı, eləcə də 2029-cu ildən başlayaraq Azərbaycandan Türkiyəyə 33 milyard kubmetr təbii qaz tədarükünü nəzərdə tutan sazişin imzalanması barədə də çoxsaylı materiallar yayımlanıb.
Qeyd olunur ki, Ankaranın enerji mərkəzinə çevrilmək məqsədini əks etdirən bu saziş təkcə Türkiyənin deyil, Avropanın da enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
