Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyi yanında Uşaqların Müdafiəsi İdarəsinin təşkilatçılığı ilə may ayı ərzində məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Fact-info.az-a ETX-dən bildirilib ki, 25, 60, 145, 201, 212, 246 və 314 nömrəli məktəblərdə təşkil olunan təlimlərin məqsədi məktəblilərin kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması, onlara kibergigiyena və onlayn mühitdə təhlükəsiz davranış qaydaları barədə məlumat verilməsi olub.
Ümumilikdə 775 şagirdin iştirak etdiyi təlimlərdə ETX əməkdaşları “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan təhlükəsiz istifadə” mövzularında faydalı məlumatlar təqdim ediblər.
Eyni zamanda, əməkdaşlıq çərçivəsində Uşaqların Müdafiəsi İdarəsi tərəfindən də məktəblərdə intensiv maarifləndirmə tədbirləri keçirilib və ay ərzində ümumilikdə 3547 şagird maarifləndirilib.
Baxış sayı: 100
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
