FACT-INFO.AZ » CƏMİYYƏT » Beynəlxalq Türk Akademiyası əməkdaşlığı genişləndirir
2-06-2026, 10:00 | CƏMİYYƏT
Beynəlxalq Türk Akademiyası əməkdaşlığı genişləndirir

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir.

Fact-info.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti İslam Araşdırmaları Mərkəzini (İSAM) ziyarət edib, bu qurumun prezidenti, professor Mürtəza Bədir ilə görüşüb.

Danışıqlar zamanı tərəflər elmi əməkdaşlığın inkişaf perspektivlərini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, eləcə də türkdilli xalqların ortaq tarixi-mədəni irsinin qorunması və təbliği ilə bağlı məsələləri müzakirə ediblər.

Ş.Mustafayev İSAM rəhbərliyini Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin əsas istiqamətləri ilə ətraflı tanış edib, həyata keçirilən elmi layihələri təqdim edib və türkdilli ölkələrin elmi-tədqiqat institutları arasında elmi əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

M.Bədir öz növbəsində Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirərək, onun Türk dünyasında elmin inkişafı və intellektual əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O, İSAM-ın tərəfdaşlığın genişləndirilməsinə və elmi, həmçinin nəşriyyat sahələrində birgə təşəbbüslərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Görüşün yekununda tərəflər birgə tədqiqatların aparılması və elmi layihələrin həyata keçirilməsini nəzərdə tutan Əməkdaşlıq Protokolunu imzalayıblar.

Beynəlxalq Türk Akademiyasının son elmi nəşrləri İSAM kitabxanasına hədiyyə edilib. Kitablar sırasında türkdilli dillərin terminoloji lüğətləri, həmçinin ümumtürk əlifbası ilə nəşr edilmiş Abayın “Nəsihət sözləri” və Çingiz Aytmatovun “Ağ gəmi” əsərləri yer alıb.

M.Bədir akademiyanın nümayəndə heyəti üçün tədqiqat mərkəzi və Türkiyənin ən böyük ixtisaslaşmış kitabxanalarından biri ilə tanışlıq turu təşkil edib, qonaqlara kitabxananın fondları, arxivləri və elmi infrastrukturu barədə məlumat verib.

Dostluq əlaqələrinin möhkəmləndirilməsi və elmi əməkdaşlığın inkişafının əlaməti olaraq, İSAM rəhbərliyi də Beynəlxalq Türk Akademiyasına bir sıra elmi nəşrlərini hədiyyə edib.




Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30