FACT-INFO.AZ » CƏMİYYƏT » Qarabağ döyüşçüsünün Şuşa xatirələri
31-05-2026, 09:00 | CƏMİYYƏT
Qarabağ döyüşçüsünün Şuşa xatirələri

Azərbaycan insanı üçün torpaq, Vətən anlayışı hər zaman müqəddəs olub. Bu gün Ermənistanla Azərbaycan arasında sülh prosesi davam etsə də, regionumuzda sabitlik yaransa da, xarici havadarlarının köməyi ilə ermənilərin xalqımıza qarşı törətdiyi faciələri heç zaman unutmamalıyıq. Həmçinin torpaqlarımızın müdafiəsində, ərazi bütövlüyünün  təmin edilməsində xidmətləri olan şəxslərin də xidmətlərini unutmayaraq, onların döyüş və həyat yoluna nəzər salırıq. Keçmiş döyüşçünün Şuşa xatirələri ilə tanış olaq.

Fact-info.az saytının bugünkü qonağı, keçmiş döyüşçü, Qarabağ qazisi, Şuşa rayon polis şöbəsinin keçmiş rəisi, polkovnik Vahid Bayramovdur

 

 -1976-cı ildən  polis sistemində ( o zaman milis adalanırdı) fəaliyyətə başladım. 1979-cu ildə Mərdəkandakı Milis Məktəbinə daxil olmuşam. 1981-ci ildən leytenant rütbəsilə  bir neçə ay İsmayıllı rayonunda daha sonra Bərdə də xidməti fəaliyyətimi davam etdirmişəm. 1988-ci ildə Dağlıq Qarabağda məlum hadisələr başlayandan sonra mən könüllü olaraq Şuşaya getmişəm və orada polis şöbəsində əməliyyat üzrə rəis müavini vəzifəsində xidmətimi davam etdirmişəm. 1990-cı ildə polis şöbəsinə rəis təyin edilmişəm.

1988-ci il  - Dağlıq Qarabağda münaqişə alovlanamağa başlayır

Şuşanın çox çətin şəraitində  mən fəaliyyətə başladım. O zaman Şuşa kimi təhlükəli yerdə işləməyə getmək istəyənlər az olurdu. Bir çoxları daha rahat, sakit bölgələrdə çalışmaq istəyirdi. Məhz mən belə məqamda öz istəyimlə Şuşada  xidməti fəaliyyətə başladım.  Etiraf edim ki, qohumlarım da mənim orada fəaliyyətimi istəmirdi. Amma elə çətin məqamlarda mən şuşalıların yanında olmalıydım. Ailəm, iki azyaşlı övladım Şuşanın çox ağır günlərində orada böyüyüblər, çətinlikləri görüblər.

SSRİ rəhbərliyi  Dağlıq Qarabağa  hansı məqsədlərlə Xüsusi İdarəetmə Komitəsini yaratmışdı 

SSRİ Ali  Soveti  Rəyasət Heyətinin nümayəndəsi Arkadi Volskinin rəhbərliyi ilə həmin vaxt Dağlıq Qarabağda  Xüsusi İdarəetmə Komitəsi yaradıldı. Məqsəd Dağlıq Qarabağın birbaşa Moskvadan idarəedilməsi və nəticədə bütün ərazinin birdəfəlik Ermənistana verilməsi idi. Arkadi Volski bu missiyanı yerinə yetirmək istəyirdi, SSRİ rəhbərliyinin və həmçinin ermənilərin istəklərini yerinə yetirirdi. Bizim isə Bakı ilə əlaqəmiz rəsmən kəsilmişdi. Bütün göstərişləri Kremilin tapşırığı ilə  ermənipərəst Volski verirdi,  idarəetməni həyata keçirirdi. Belə vaxtda təpədən dırnağa qədər silahlanmış ermənilərdən dinc azərbaycanıları polis qorumalı idi. Bizim də silahlarımızı almışdılar. Yalnız rəhbər heyətdə “Makarov” tipli tapanca  qalmışdı. O vaxt Moskvadan  Dağlıq Qarabağa dalbadal nüməyəndə heyətləri gəlirdi. O vaxt prezident seçilməmiş Boris Yelsin, Yevgeni Primakov və digərləri gəlirdi. Onların məqsədi sülhyaratma  adı ilə Dağlıq Qarabağı Ermənistana tamamilə vermək idi. Hədəf, siyasət bu idi. O zamankı Azərbaycan rəhbərliyi də zəiflik göstərirdi, açıq bildirmidi ki, bu bizim tarixi torpağımızdır. Elə olurdu ki, biz Bakıdakı bəzi təşkilatlara müraciət edəndə, bəzən bizə bildirirdilər ki, siz Moskvaya tabesiniz. Vəziyyət getdikcə gərginləşirdi.  Biz itkilər verməyə başladıq. 1988-ci ilin fevral ayında Bəxtiyar və Əli bizim ilk şəhidlərimiz oldu. Daha sonra mənim yaxın qohumlarım, əmimoğlu Laçın-Şuşa yolunda şəhid oldu.  Beləliklə, Arkadi Voskinin rəhbərliyi dövründə vəziyyət daha da pisləşdi.

                                                                    Şuşa polisinin fədakarlığı  


Biz çox yüngül silahlarla əhalini  qorumaq məcburiyyətində idik. Amma Şuşa polisi xeyli itkilər verirdi. Bizim polis işçiləri böyük fədakarlıq  göstərirdi. Müdafiə Nazirliyi yeni yaradılırdı. Bütün güc  polisin və könüllülərin üzərinə düşürdü. Şuşada hərbi qərərgah kimi, polis şöbəsinin  idarəsində bütün işlər aparılırdı, lazımı tapşırıqlar verilirdi. Bir dəfə mən iş otağımdan çıxmışdım, Şuşa ərazisindəydik və bizə xəbər çatdı ki, idarəni ermənilər  raketlə vurublar. Mən gəlib gördüm ki, 4 polismiz şəhid olub. İş otağım tamamilə dağılıb. Ondan sonra biz şöbənin fəaliyyətini musiqi məktəbinin binasında davam etdirdik.  Hələ o zaman Ümummili Lider Heydər Əliyevdə Naxçıvanda idi  və hər zaman polisin əhalinin müdafiəsindəki rolunu yüksək dəyərləndirirdi. Polisdəki itkilərimizlə bağlı məndə statistika yoxdur.  Amma əməkdaşlarımızın fədakarlığı göz önündə idi. Onu qeyd edim ki, Şuşa Könüllü Batalyonun  komandiri Ramiz Qənbərov daxil olmaqla, 5 nəfər Milli Qəhrəman adına layiq görülmüşdü.

Daşaltı əməliyyatının qaranlıqları

Yanvar ayının 26-da uğursuz Daşaltı əməliyyatı keçirildi. O zaman Müdafiə naziri Tacəddin Mehdiyev öz azyaşlı oğlu ilə birlikdə Şuşaya gəlib belə bir əməliyyat keçirəcəyini bildirmişdi. Həmin vaxt Şuşada olan daxili işlər nazirinin müavini, general-mayor Ramiz Məmmədov ona bildirdi ki,  belə bir əməliyyatı keçirmək üçün ən azı 10 gün kəşfiyyat işləri aparmaq lazımdır. Lakin Tacəddin Mehdiyev dedi ki, bu əməliyyatı Müdafiə nazirliyi həyata keçirib Daşaltını azad edəcək. Polis gedib öz işi ilə məşğul olsun. Beləliklə, çox hazırlıqsız olaraq bu uğursuz əməliyyata başlanıldı və böyük itkilər verdik. Azərbaycanın çox qəhrəman oğulları orada şəhid oldu. Riyad Əhmədov kimi bir qəhrəmanı itirdik. ANS TV-də  bir dəfə verilişdə bu məsələnin müzakirəsində  bildirilmişdi ki, əgər duman gəlməsəydi  Tacəddin Mehdiyev və onun batalyon komandiri olan Nurəddindən başqa heç kim sağ qalmayacaqdı.  Hərbi peşəkarlıqdan uzaq və kifayət qədər şərait öyrənilmədən aparılmış əməliyyat idi. Ağır nəticələri bəllidir….

Ardı var..

Fact-info.az






Baxış sayı: 1 225
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30