Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin açılış nitqində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin müəllimi və koordinatoru Günay Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın müstəqillik ənənələrindən və bu dəyərlərin gələcək nəsillərə aşılanmasının vacibliyindən danışıb.
Daha sonra tədbir konsert proqramı ilə davam edib. Səhnədə milli musiqi və rəqs nömrələri təqdim olunub. Kamança ifaçısı Şəbnəm Abdullayeva milli musiqilər və mahnılar səsləndirərək tədbirin yüksək əhvali-ruhiyyədə keçməsinə töhfə verib.
Norveç azərbaycanlıları Gənclər Təşkilatının sədri Arvin Balanji pianoda musiqi nömrələri ifa edib. Bəstəkar-pianoçu Arzu Rzayeva isə müəllifi olduğu əsərləri səsləndirib. Rəqqaslar Əzizə İbrahimova və Səid İbrahimov Azərbaycan milli rəqslərini təqdim ediblər.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
