FACT-INFO.AZ » AKTUAL » Şirazi İbrahimov: “Hədəfimiz dinc yolla Qərbi Azərbaycana qayıtmaqdır”
13-02-2025, 12:30 | AKTUAL
Şirazi İbrahimov: “Hədəfimiz dinc yolla Qərbi Azərbaycana qayıtmaqdır”

Türkmənçay müqaviləsinin imzalanmasından sonra Qərbi Azərbaycan torpaqları rəsmən Çar Rusiyasının hakimiyyəti altına keçdi. Bu torpaqlar üçün ilk verilmiş qərar 21 mart 1828-ci ildə I Nikolayın(1825–1855) fərmanı ilə Erməni vilayətinin yaranması oldu. Hətta 1833-cü ildə bu vilayətin gerbi də qəbul olunur. İmperator I Nikolayın bu torpaqlar üçün verdiyi ən önəmli qərarlardan biri Alban kilsəsini ləğv etmək idi. Alban kilsəsini ləğv edərək həmçinin Erməni-qriqoriyan kilsəsinə müəyyən səlahiyyətlər verilir.Beləliklə haylar bizim tarixi torpaqlarımızda  məskunlaşmağa başladılar. Bu fikirləri Fact-info.az-a Qərbi Azərbaycanın Basarkeçər rayonu Nərimanlı kənd icmasının sədri, Tibb Universitetinin müəllimi  Şirazi İbrahimov deyib.

 Onun sözlərinə görə, bu  hay toplumu bizim ərazilərimizdə məskunlaşdığı bu iki əsr ərzində hər zaman xalqımıza bəla gətirib. XX əsrdə dəfələrlə azərbaycanlılar deportasiya və sürgünə məruz qalıblar. Sonuncu da 1988-ci ildə Qərbi Azərbaycandan  soydaşlarımız tarixi torpaqlarımızdan ermənilərin təzyiqi, silahlı hücumları nəticəsində didərgin salındılar.  Soydaşlarımızla bağlı bir neçə faktı qeyd etmək istərdim.

1988-1991-ci illər qaçqınlığı zamanı Basarkeçər rayon Nərimanlı (Hüseynquluağalı) kəndində ermənilər tərəfindən fiziki təzyiqə məruz qalanlar:
Elləzov Həsən Nəbi oğlu
Elləzov Qara Nəbi oğlu
Aliyev Safalan Yunus oğlu
Həsənov İsgəndər Bayraməli oğlu
Cabbarov Teymur Yusif oğlu ermənilər tərəfindən döyülmüş sonra ölmüşdür.
Seyid Yunus həm döyülmüş, həm də gözlərinin qarşısında evi traktorla uçurulmuşdu.
Mirzəyev Xəqani Zilfalı oğlunu öldürmək məqsədi ilə avtomobilinin üzərinə yük maşını sürmüşdülər möcüzə nəticəsində sağ qala bilmişdi.
İsmayılov Müzəffər müəllim də fiziki təzyiqlərə məruz qalmışdır.
Qəddar ermənilərin vəhşicəsinə döydüklərindən biri də Cabbarov Nürəddin ( Dəddiş ) olmuşdur.

 Lakin biz oz tarixi torpaqlarımızdan qovulsaq da, Azərbaycanda bu illər ərzində yaşasaq da,  bir an da olsa öz yurd yerlərimizi, doğulduğumuz torpaqlarımızı, həm də ermənilərin vəhşiliklərini unutmadıq.  Onu da qeyd edim ki,  Azərbaycan  Respublikası 2020-ci ilin 44 günlük müharibə nəticəsində tarixi zəfərini qazandı. İşğal altında olan torpaqlarımız, Qarabağımız azad olundu. Artıq bundan sonra bizim Qərbi Azərbaycana qayıdışımız zərurətə çevrildi. Düzdür son 30 ildə dünyaya gələn nəsil o əraziləri görməyib. Lakin hər bir azərbaycanlının Qərbi Azərbaycan qəlbində, ruhunda yaşayır. Bütün bu amillər və Azərbaycan dövlətinin qüdrətlənməsi bizim Qərbi Azərbaycana qayıdışımıza yollar açır, imkanlar yaradır.

Şirazi İbrahimov daha sonra əlavə edib: “ Nəhayət Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Nərimanlı kənd icması haqqında onu deyə bilərəm ki,  Nərimanlı kəndinin tarixindən, yetişdirdiyi şəxsiyyətlərdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində iştirak edən, öz sahəsində fəaliyyəti ilə dövlətçiliyin daha da güclənməsinə töhfə verən, böyük uğurlar qazanan soydaşlarımız var. I Qarabağ müharibəsində Nərimanlıdan 92 nəfər iştirak edib, onlardan 19-u şəhidlik zirvəsinə ucalıb, o cümlədən şəhid Şövqiyar Abdullayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vətən müharibəsində isə 67 bizim həmyerlimiz iştirak edib, onlardan üç nəfər şəhid olub. Müharibədə iştirak edən qəhrəmanlıq nümunəsi göstərən Nərimanlı kənd sakinlərindən xeylisi  müxtəlif orden və medallarla təltif olundular”.

 İcma sədri onu da bildirdi: “Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndinin  yetirmələri Azərbaycanın elm və təhsil sahəsində böyük töhfələr verirlər. Hazırda Nərimanlının yetirməsi olan 1 akademik, 10 elmlər doktoru, professor, 34 fəlsəfə doktoru, 19 dissertant  fəaliyyət göstərir. Bu gün biz bir çox sahələrdə geniş töhfələr veririk. Amma hər birimizin hədəfimiz o tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır. Biz bu istiqamətdə davamlı olaraq çalışırıq və ilahi ədalətə inanırıq”.

 Fact-info.az




Baxış sayı: 1 370
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30