FACT-INFO.AZ » SİYASƏT » "Torpaqların qaytarılması erməni terrorizminin final akkordu olacaq"
15-03-2017, 08:50 | SİYASƏT
"Torpaqların qaytarılması erməni terrorizminin final akkordu olacaq"

APA-nın məlumatına görə, konfransda çıxış edən Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya Gürcüstandakı münaqişəni Qərbin törətmədiyini vurğulayıb. O bildirib ki, öz ölkələri olan Gürcüstanla mübarizədə abxazların müttəfiqi kimi Rusiya ilə bərabər yerli erməni əhalisi də çıxış edib: “Abxaziyada “Krunk” təşkilatının fəaliyyətini və 9 fevral 1993-cü ildə yaradılmış onun yetirməsi – “Baqramyan batalyonu” tərəfindən insanlığa qarşı törədilmiş cinayətləri dərindən araşdırmaq lazımdır. Abxaziya müharibəsi zamanı Baqramyan adına batalyonun döyüşçülərinin qəddarlığı və vəhşilikləri gürcü və erməni xalqlarının tarixində araşdırılmamış qalır. Gürcüstanın Baş Prokurorluğunda Abxaziya müharibəsi zamanı dinc gürcü əhalisinə qarşı törədilmiş cinayətlər barədə 200 cildlik material saxlanılır. Bu cinayətlər hamıya məlum olmalı və dünya ictimaiyyəti tərəfindən qınanmalıdır. Mən ermənilərin bu xəyanətini unuda bilmirəm”.
 Rusiyanı Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağıran Q. Marxuliya qeyd edib ki, Gürcüstanın Rusiya ilə bölüşməyə heç nəyi yoxdur.
 Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurasının üzvü Samirə İsmayılova bildirib ki, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü Maksim Şevçenkonun Qərbin Qafqazda sülh istəməməsi barədə mövqeyini bölüşmür: “Azərbaycan kimi, Gürcüstanın da ərazilərinin 20 faizi işğal altındadır. Ukrayna, Gürcüstan və Azərbaycanda baş verənlərdə Rusiyanın iştirakı yoxdur? Maksim Şevçenko dedi ki, Qarabağda müharibə başlasa, Ermənistan Rusiyaya dəhliz tələb edəcək, Gürcüstanın suverenliyi təhlükə altında qalacaq. Bu yanaşma yolverilməzdir”.
 Konfransda "Qriqori Artsruni və erməni millətçiliyinin irqçilik və  kollaborasionizminin kökləri" mövzusunda çıxış edən Türkiyənin İstanbul Universitetinin tarix elmləri doktoru Mehmet Bora Perinçek bildirib ki, Osmanlı Türkiyəsində 1915-ci ilin hadisələri və həmçinin Xocalı faciəsinə gətirib çıxarmış dönüş nöqtələrini anlamaq üçün erməni millətçiliyinin yaranması və xüsusiyyətləri ilə bağlı məsələlərin araşdırılması vacib əhəmiyyət kəsb edir: “Erməni millətçiliyinin kollaborasionizmə meylliyi, fanatizm və aqressivliyin kökləri onun ideoloqlarının nəşrləri və sənədlərində aydın görünür. Bu planda erməni millətçiliyinin birinci ideoloqu Qriqori Artsruni (1845-1892) olub. Onun ideyaları və yaratdığı bazis erməni millətçiliyinin səbəblərini anlamaq üçün böyük əhəmiyyət kəsb edir. Erməni millətçiliyinin ilk nəzəriyyəçilərindən olaraq Artsruni öz fəaliyyətində Avropa xalqlarını Asiyanın erməni və digər xristian xalqları ilə birgə türk xalqlarına qarşı mübarizə aparmaq və məhv etməyə çağırır. O, bunu “vəhşi millətlərə qarşı sivil millətlərin”, ari və semit tayfalarının Turan tayfasına qarşı  müharibələri adlandırırdı. Artsruninin ideyaları ilə silahlanmış erməni millətçiləri Osmanlı Türkiyəsində qırğın törətdilər və erməni əhalisinə qarşı cavab hərəkətlərinə səbəb oldular. Artsruninin ideyalarında böyümüş erməni millətçilərinin yeni nəsilləri SSRİ-nin süqutu dövründə Qarabağ münaqişəsini yaratdılar, Xocalı və digər yaşayış məntəqələrində insanlığa qarşı cinayətlər törətdilər, indi isə Ermənistan hakimiyyətində möhkəmləniblər”.
 Konfransda "Qarabağda müharibə - insanlıq tarixində ilk terror müharibəsi" mövzusunda çıxış edən rusiyalı tarixçi Oleq Kuznetsov qeyd edib ki, 1988-1994-cü illərin Qarabağ müharibəsi terror müharibəsidir, onun bütün məzmunu terror istiqamətli cinayətlərin məcmusu və ardıcıllığını ifadə edir: “Transmilli erməni terrorizmi sosial-iqtisadi, ictimai-siyasi və hüquqi hadisə kimi XIX yüzilliyin sonunda Osmanlı İmperiyası ərazisində yaranıb, oradan Rusiya İmperiyası və Balkan ölkələrinə keçib və buradan da sonra Qərbi Avropa və Şimali Amerikaya yayılıb. Erməni terrorizminin ilk cinayətləri 1890-cı ildə törədilib və buna görə də onun məşhur 1915-ci ildə Osmanlı İmperiyasındakı “erməni soyqırımı” mövzusu ilə heç bir əlaqəsi yoxdur. Müasir Ermənistanın hakim dairələri əslində Ermənistan SSR-in əhalisini hakimiyyətdən və dövlətin maliyyə resurslarından tamamilə uzaqlaşdırmış Dağlıq Qarabağ separatçılarının silahlı birləşmələrinin keçmiş səyyar komandirlərinin qrupudur. Buna görə də Ermənistan hakimiyyəti heç zaman beynəlxalq hüquq normalarının tələblərini birtərəfli qaydada yerinə yetirməyə razı olmayacaq: bir dəfə qanuna nifrət etmiş terrorçular, bir daha ona əməl etməyəcəklər. İşğal edilmiş ərazilərin Azərbaycana qaytarılması onlar üçün siyasi və ola bilsin ki, fiziki intihar anlamına gəlir. Bu, həmçinin transmilli erməni terrorizmi fenomeninin mövcudluğunun final akkordu olacaq və insanlıq tarixinin daha bir qaranlıq səhifəsinə çevriləcək".




Baxış sayı: 1 778
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031