FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Reza Deqati qanlı 20 Yanvar həqiqətini dünyaya çatdırıb
14-01-2025, 15:30 | MƏDƏNİYYƏT
Reza Deqati qanlı 20 Yanvar həqiqətini dünyaya çatdırıb

20 Yanvar faciəsinin baş verdiyi o qanlı, müdhiş gündən bizi 35 illik bir zaman ayırır. Bir neçə gündən sonra xalqımız bu faciənin qurbanlarını ehtiramla anmaq üçün Şəhidlər xiyabanına üz tutacaq və bu faciəni törədənlərə öz nifrətini bildirəcək. Ötən müddət ərzində bu faciənin dünyada tanıdılması üçün bir çox işlər görülüb - sərgilər açılıb, tədbirlər keçirilib, sənədli filmlər nümayiş olunub.

Qanlı Yanvarda baş verənləri fotolentin yaddaşına köçürərək dünyaya tanıdanlardan biri də tanınmış fotojurnalist Reza Deqati olub. 1990-cı il yanvarın 20-də keçmiş sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan dünya ictimaiyyəti məşhur fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotolar və videolar sayəsində xəbərdar oldu.

Fact-info.az həmin hadisələrin baş verdiyi günlərdə məşhur fotojurnalist Reza Deqatinin Bakıya gəlişindən və Azərbaycan xalqının başına gətirilən bu faciənin dünyaya yayılması naminə gördüyü işlərdən bəzi məqamlara nəzər salır.

Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda, Reza Deqati 1990-cı il yanvarın 20-də bu qətliamdan xəbər tutan kimi Parisdən keşməkeşli yollarla Bakıya üz tutur. Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün o, Moskva kinostudiyalarını ziyarət etmək adı altında həmkarları ilə birlikdə sovet vizası alaraq Moskvaya gəlir.

Jurnalistlərin girişi qadağan olunduğu üçün o, azərbaycanlı dostlarının köməyi ilə Bakıya yola düşən qatarda gizlənir, təhlükəni nəzərə alaraq insanlarla lazımsız ünsiyyətdən qaçaraq 48 saatlıq yol gəlir. Qatarda ilk işi isə “Ya pa rusky ni znaya” (mən rusca danışmıram) və “Ya Azerbaijani” (mən azərbaycanlıyam) kimi dolaşıq rusca cümlələr öyrənmək idi. Çünki rus dilini bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu, artıq son demək idi.

Bu uzun səyahətdən sonra Bakıya çatdığı zaman Reza Deqati burada gördüyü mənzərəni İkinci Dünya müharibəsi filmindən bir səhnəyə bənzədirdi: “48 saatlıq səyahətdən sonra qatar Bakı stansiyasına daxil olduğu zaman - axşam vaxtları komendant saatından yarım saat əvvəl biz platforma üzərində düzülmüş silahlı sovet əsgərlərini gördük. Soyuq idi, özümü 2-ci Dünya müharibəsi haqqında çəkilmiş filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib”.

Yanvarın 24-də dostları Reza Deqatini Bakıda qarşılayır və sovet əsgərlərinin dinc əhalini gülləbaran etməsi, tankların mülki vətəndaşların üstündən keçməsi, uşaq, qadın, yaşlı demədən silahsız insanları qətlə yetirməsi barədə ona məlumat verirlər.

Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində Reza öz həyatını düşünmədən fotoaparatı ilə gizli şəkildə xəstəxanalara, morqlara gedərək fərqli aspektlərdən gördüyü mənzərələri fotolentin yaddaşına köçürüb.

“Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik”, - deyə Reza bəy bildirir.

Qara Yanvar şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbirlərin üzəri qırmızı qərənfillər və qara paltarlarla örtülmüş Şəhidlər xiyabanına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hər kəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi.

O acı günlər Rezanın yaddaşında belə qalıb: “Hər şeydən əvvəl, xatırladığım yalnız qırmızı və qara idi”.

 




Baxış sayı: 280
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30