Tarixdə əksər müharibə qarşılıqlı etimad olmadan başa çatıb və Rusiyanın Ukraynaya qarşı müharibəsi də istisna deyil.
Fact-info.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Tarixən əksər müharibələr tərəflər bir-birinə güvənməyə başlamazdan əvvəl bitərdi. Vasitəçilər, şərtlər, üçüncü ölkələrin sağlam düşüncəsi, dünyanın əksəriyyəti və yardım edəcək qüvvələr... Hamı başa düşürdü ki, müharibə təkcə başlamaq və bitirmək deyil", - o bildirib.
Prezidentin sözlərinə görə, müharibə bitdikdən sonra da "böyük quyruq" qalacaq:
"Müharibə sadəcə bitmir. Bir çox müxtəlif ölkələrə və istiqamətlərə təsir göstərir: digər ölkələrin iqtisadiyyatı, enerjisi, təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və s. Ona görə də dünya müharibənin bitməsində maraqlı olmalıdır".
Baxış sayı: 155
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
