İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.
Fact-info.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, dövlətimizə tərəqqi və rifah arzularını çatdırıb.
Dövlətimizin başçısı da öz növbəsində Pakistan Prezidentini və xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, Pakistan xalqına səadət, inkişaf və firavanlıq arzulayıb.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri bir neçə gün əvvəl Laçında keçirilmiş ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli görüşləri və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayaraq, bütün bunların ölkələrimiz arasında əlaqələrin inkişafına daha da təkan verdiyini qeyd ediblər.
Telefon söhbəti zamanı Azərbaycanla Pakistan arasında ikitərəfli iqtisadi, ticari, enerji, sənaye, hərbi, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu ilin yayında Azərbaycanın Xankəndi şəhərində keçiriləcək Sammitinin əhəmiyyətinə toxunularaq, bu tədbirin üzv dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Baxış sayı: 175
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
