FACT-INFO.AZ » AKTUAL » Yuxusuzluq beyinə necə təsir edir?
10-06-2025, 10:30 | AKTUAL
Yuxusuzluq beyinə necə təsir edir?

Yeniyetmələrdə yuxu keyfiyyəti və müddətinin beyin fəaliyyətinə və gələcək davranış problemlərinə təsiri Corciya Universitetində aparılan yeni bir araşdırmada müəyyənləşdirilib.

Fact-info.az  “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Brain and Behavior” jurnalında dərc olunan tədqiqat yuxu çatışmazlığının gənclərdə qərar qəbuletmə, özünü dərketmə və məlumat emalı kimi funksiyalarda iştirak edən beyin bölgələri arasında neyron əlaqənin zəifləməsi ilə bağlı olduğunu ortaya qoyub. Sözügedən neyron əlaqələrdəki pozulmalar isə depressiya, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB), eləcə də şizofreniya kimi psixi pozuntularla əlaqələndirilir.

UGA Ailə və İstehlak Elmləri Kollecinin professoru və tədqiqatın müəllifi Assaf Oshri qeyd edir: “Yuxu uşaqların psixi sağlamlığını qorumağa və emosional özünü tənzimləməyə kömək edir”. O bildirir ki, yuxu müddəti və səmərəliliyi ilə beyin şəbəkəsi bağlantısının nümunələri arasında əhəmiyyətli korrelyasiya müşahidə olunub və bu amillər davranış problemlərinin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.

Tədqiqat ABŞ-da həyata keçirilən, uşaq beyin inkişafı və sağlamlığı üzrə ən genişmiqyaslı, uzunmüddətli layihə olan Adolesan Beyin və Koqnitiv İnkişaf Araşdırması çərçivəsində əldə edilən məlumatlara əsaslanır. Ümumilikdə 2800-dən çox yeniyetmənin yuxu vərdişləri iki həftə ərzində Fitbit cihazları vasitəsilə obyektiv şəkildə izlənilib və bu məlumatlar MRT görüntüləmələri ilə müqayisə olunub. Valideynlərin verdiyi məlumatlar əsasında ikinci və üçüncü illərdə yeniyetmələrin davranış profilləri də təhlil edilib.

Tədqiqatın nəticələrinə görə, daha az beyin əlaqəsi nümayiş etdirən uşaqlar arasında impuls nəzarətində zəiflik, aqressivlik və davranış pozuntuları daha çox müşahidə olunub. Oğlanlar, yaşca daha böyük uşaqlar və etnik azlıqlardan olan yeniyetmələrdə yuxu müddətinin daha qısa olması və davranış problemlərinin daha sıx qeydə alınması bu qrupların daha yüksək risk altında olduğunu göstərir.

Tədqiqatın aparıcı müəlliflərindən biri olan Linhao Zhang bildirir: “Yeniyetməlik beynin inkişafı üçün son dərəcə kritik bir dövrdür. Keyfiyyətli yuxunun olmaması emosiyaların tənzimlənməsini və impulsların idarə olunmasını çətinləşdirə bilər”. L.Zhang əlavə edir ki, yuxunun təkcə müddəti deyil, keyfiyyəti də əsas əhəmiyyət kəsb edir: “Söhbət yalnız nə qədər yatmaqdan getmir. Əsas məsələ nə qədər yaxşı yatdığınızdır, yuxuya getmək nə qədər vaxt aldı, gecə neçə dəfə oyandınız?”…

Bu araşdırma yeniyetmələrdə yuxu keyfiyyətinin artırılmasına istiqamətlənmiş müdaxilələrin yalnız yuxu tənzimlənməsi ilə deyil, həm də uzunmüddətli psixi və davranış sağlamlığını qoruma baxımından əhəmiyyətlidir.




Baxış sayı: 180
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30