FACT-INFO.AZ » QHT » “Milli-Mənəvi Dəyərlərimizin İzində” layihəsinə start verildi
10-06-2025, 12:00 | QHT
“Milli-Mənəvi Dəyərlərimizin İzində” layihəsinə start verildi

2025-ci il iyunun 1-dən etibarən “Milli-Mənəvi Dəyərlərimizin İzində” adlı sosial yönümlü layihəyə rəsmi şəkildə start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ahıllara və Tənhalara” Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.

Layihənin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə töhfə verməklə yanaşı, ahıl və yaşlı nəslin cəmiyyət həyatında fəallığının artırılmasını, onların sosial təcriddən uzaq, mənalı və sağlam bir həyat sürməsini təmin etməkdir. Bu çərçivədə ahıl insanların asudə vaxtının daha səmərəli təşkili, onların mənəvi dünyasının zənginləşdirilməsi və ictimai həyata fəal şəkildə cəlb olunması hədəflənir.

Layihə çərçivəsində müxtəlif sosial və mədəni fəaliyyətlər – o cümlədən şəhərdaxili və regionlara təşkil olunacaq ekskursiyalar, sağlamlıq, milli oyunlar, yarışlar, həmçinin ahılların bilik və təcrübələrini bölüşə biləcəyi dəyirmi masalar və tematik görüşlər nəzərdə tutulur. Bu tədbirlər vasitəsilə yaşlı insanların fiziki və psixoloji sağlamlığının dəstəklənməsi, onların özlərini cəmiyyətin dəyərli üzvü kimi hiss etmələri təmin ediləcək.

Bundan əlavə, layihə ahılların ömür boyu topladıqları milli-mənəvi bilik və təcrübələri gənc nəslə ötürmək imkanlarını da artıracaq. Ahılların iştirak edəcəyi tədbirlərdə onların keçmişə dair xatirələri, milli adət-ənənələr, ailə dəyərləri və həyat fəlsəfəsi gənclərlə bölüşüləcək, bu da mədəni irsin canlı şəkildə nəsildən-nəslə ötürülməsinə şərait yaradacaq.

Layihə, eyni zamanda, ahıl və tənhaların sosiallaşma imkanlarını genişləndirəcək, onların yeni insanlarla tanış olub dostluq münasibətləri qurmasına zəmin yaradacaq. Bu da onların özlərini daha dəyərli və faydalı hiss etmələrinə, həyat keyfiyyətlərinin yüksəlməsinə və ümumilikdə milli kimlik hissinin möhkəmlənməsinə töhfə verəcək.

“Milli-Mənəvi Dəyərlərimizin İzində” layihəsi 2025-ci il avqustun 31-dək davam edəcək. Bu müddət ərzində həyata keçiriləcək tədbirlərin hər biri yaşlı nəslə hörmətin və onların cəmiyyət üçün nə qədər önəmli olduğunu bir daha vurğulayan bir missiya daşıyır. Layihə həmçinin sosial siyasətdə ahılların inteqrasiyasına yönəlik davamlı fəaliyyətlər üçün nümunəvi model kimi çıxış edə bilər.

 




Baxış sayı: 250
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30