FACT-INFO.AZ » QHT » Tədqiqat çərçivəsində 43 gənc iştirakçının beyin forması və sinir fəaliyyətləri təhlil edilib
8-06-2025, 12:00 | QHT
Tədqiqat çərçivəsində 43 gənc iştirakçının beyin forması və sinir fəaliyyətləri təhlil edilib

Kaliforniya Universiteti, Berkeley rəhbərliyində aparılan yeni tədqiqat insan beyninin morfoloji xüsusiyyətlərinin idrak qabiliyyətləri ilə necə əlaqəli ola biləcəyini araşdırıb.

“sciencealert” saytı xəbər verir ki, “Journal of Neuroscience” jurnalında dərc olunan bu araşdırma beyin səthindəki qırış və yivlərin, xüsusilə üçüncül sulkusların neyron əlaqə səmərəliliyi və idrak fəaliyyətinə təsirini araşdırır. Tədqiqat çərçivəsində 43 gənc iştirakçının beyin forması və sinir fəaliyyətləri təhlil edilib. Diqqət əsasən lateral prefrontal korteks (LPFC) və lateral parietal korteksə (LPC) yönəldilib. Bu bölgələr insanın əsaslandırma qabiliyyəti və yüksək səviyyəli idrak funksiyalarında mühüm rol oynayır.

UC Berkeleydən nevroloq Kevin Veinerin sözlərinə görə, sulkusların (yəni beyin yivlərinin) formalaşması arasında məsafənin qısalmasına, nəticə etibarilə isə neyron şəbəkələr arasında əlaqə səmərəliliyinin artmasına səbəb ola bilər. Bu da fərdi idrak qabiliyyətlərində özünü göstərən fərqliliklərə yol aça bilər. Tədqiqatın nəticələri göstərib ki, hər bir sulkusun spesifik əlaqə nümunəsi mövcuddur və onların morfoloji xüsusiyyətləri beyin sahələri arasında əlaqənin səviyyəsini əks etdirə bilər. Bu tapıntılar 2021-ci ildə aparılan və müəyyən sulkusların dərinliyinin idrak əsaslandırması ilə əlaqəli olduğunu sübut edən əvvəlki araşdırmanın nəticələrini dəstəkləyir. Yeni araşdırma isə bu əlaqənin necə yarandığını anlamaqda daha geniş məlumat təqdim edir. Tədqiqatçılar qeyd edir ki, beynin korteksinin 60-70 faizi qıvrımların içində gizlənir və bu morfoloji nümunələr yaşla dəyişə bilər. Üçüncül sulkuslar isə fərdi fərqlilik baxımından xüsusilə əhəmiyyətlidir; onların dərinliyi, qalınlığı və yerləşməsi şəxslər arasında əhəmiyyətli dərəcədə dəyişə bilər və bu, idrak fərqlərinin neyrobioloji əsaslarını anlamaqda mühüm ipucu ola bilər.

UC Berkeleydə nevroloq Silviangkenin bildirdiyinə görə, bu yivlərin morfologiyası, ölçüsü, forması və yerləşməsi fərdi xüsusiyyət olaraq sabit qalır və bu da onların neyroloji funksiyalarda mühüm rol oynadığını göstərir. Artıq məlumdur ki, bu qıvrımlar sadəcə anatomik uyğunluq üçün yaranmayıb, onlar təkamül prosesində spesifik idrak funksiyalarını dəstəkləmək üçün inkişaf etmiş ola bilər. Tədqiqatçılar gələcəkdə sulkus xəritəsinin inkişaf etdirilməsi ilə uşaqlarda beyin inkişafını izləmək və nevroloji pozğunluqları erkən mərhələdə aşkar etmək imkanlarının yaranacağına ümid edirlər. Bununla belə, idrak funksiyasının formalaşmasında sulkus dərinliyi və uzunluğundan əlavə çoxsaylı digər anatomik və funksional amillər də rol oynayır.

Tədqiqatın aparıcı müəlliflərindən biri olan Bunge vurğulayır: “İdrak funksiyası müxtəlif anatomik və funksional xüsusiyyətlərin dəyişkənliyindən asılıdır. Ən əhəmiyyətlisi isə budur ki, təcrübə və təhsilin keyfiyyəti kimi amillər fərdi idrak inkişaf trayektoriyasını formalaşdırmaqda mühüm rol oynayır və bu trayektoriya yetkinlik dövründə belə dəyişkən ola bilir”.

Bu araşdırma insan beyninin struktur mürəkkəbliyinin idrak bacarıqları ilə nə dərəcədə bağlı olduğunu anlamağa doğru atılmış mühüm addım kimi qiymətləndirilir.




Baxış sayı: 430
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30