FACT-INFO.AZ » AKTUAL » Ermənilərin kilsə siyasəti metastaz verib
10-06-2025, 12:30 | AKTUAL
Ermənilərin kilsə siyasəti metastaz verib
Ermənilərin kilsə siyasəti metastaz verib. Ermənistan baş naziri bunu dərk edib, kilsənin yaratdığı acınacaqlı durumdan qurtula biləcəkmi? Bunu yalnız zaman göstərəcək. Son günlər Nikol Paşinyan sosial şəbəkə hesabında II Qaregin öz könüllü subaylıq əhdini pozub və onun uşağı var iddiaları ilə çıxış etməsi ciddi qarşıdırmaların başlanğıcından xəbər verir.
Ümumiyyətlə, erməni kilsəsi ilə bağlı bəzi məqamlara münasibət bildirmək istərdim. Acı reallıqdır ki, ermənilər bütün qara əməllərini məhz kilsə vasitəsilə gerçəkləçdiriblər. Bu toplumun regiona köçürülməsi, ümumilikdə Cənubi Qafqazda böyük faciələrin başlanğıcı olmaqla yanaşı, həm də düşünülmüş məkrli planların tərkib hissəsi idi. Bu planın gerçəkləşməsində ermənilərlə bərabər bir sıra xarici dövlətlər, o cümlədən Çar Rusiyası öz maraqları çərçivəsində fəaliyyət göstərib. İndi real vəziyyətə və bir çox tarixi proseslərə nəzər salanda bir daha təsdiqlənir ki, burada əsas oyunçulardan biri olan Rusiya erməni kartından maksimum yararlana bilib. Çar Rusiyası anlayırdı ki, Qafqaza yiyələnmək üçün etibarlı dayaqlar lazımdır. Lakin Qafqazda yaşayan xalqların rusların bu regiona gəlişinə razılıq verəcəyi mümkün deyildi. Ona görə də ermənilərin Cənubi Qafqaz regionuna, qədim Azərbaycan torpaqlarına bilavasitə rusların dəstəyi ilə köçürülməsi prosesi ardıcıllıqla baş verib.
Yenidən yaddaşları yeniləmək məqsədilə bəzi tarixi faktlara nəzər salaq. Ermənilər XVII əsrdən başlayaraq özlərini əzilmiş, əzabkeş bir xalqın nümayəndələri kimi qələmə verərək, Rusiyadan və digər ölkələrin siyasi rəhbərliklərindən yardım istəmişdilər. 1699-cu ildə kilsə nümayəndəsi İsrail Ori və Minas Vardapet də bu cür xahişlə Qərbi Avropa ölkələrinə göndərilmişdi. Onlar Avstriya, Florensiya dövlətlərindən erməni dövlətini yaratmaq üçün xahiş etdilər. Həmin dövrdə İsrail Ori Rusiya imperatoru I Pyotrla görüşməyə nail olaraq öz planlarını ona bildirdi. Ermənilərin çirkin niyyətləri Rusiyanın Cənubi Qafqaz siyasətinə uyğun olduğuna görə I Pyotr bu planı qəbul etdi.
Bununla da ermənilərin Azərbaycan torpaqlarında yerləşdirmə planının əsası qoyuldu. I Pyotr Qafqazda özünə etnik dayaq yaratmaq məqsədi ilə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi planını reallaşdırmağa cəhd etdi. Bunun üçün o, 1724-cü ildə xüsisi fərman imzaladı. Lakin bir sıra faktorlar bu prosesi xeyli ləngitdi. 1725-ci ildə I Pyotrun ölümü, Rusiyada davam edən müxtəlif saray çevrilişləri, mərkəzi hakimiyyətin zəifləməsi, eləcə də Nadir şahın uğurlu siyasəti, daha sonra rus-türk müharibələri və Ağa Məhəmməd şah Qacarın yürüşləri ermənilərin Azərbaycan ərazilərinə köşürülməsi planın təxminən yüz il ərzində həyata keçməsinə imkan vermədi.
Yalnız XIX əsrin əvvəllərindən bu məkrli plan işə düşərək, hayların Cənubi Qafqaza köçürülməsinə mərhələrlə imkan yarandı. Son 200 ildə baş verən bütün bu fəlakətlərin, çaxnaşmaların əsası qoyuldu.
Bir vacib məqamı qeyd etmək istərdim. Alban apostol kilsələrinin qriqoriyanlaşması prosesi ermənilərin strateji planlarının gerçəkləşməsinə dəstək oldu.
1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən yararlanmağa çalışıb, Çar Rusiyasına bölgədə sədaqətlə xidmət edəcəklərinə söz verdilər. Həmin dövrdə erməni kilsəsinin əsas məqsədi Alban apostol kilsəsinin irsini ələ keçirmək idi ki, buna da hiyləgərcəsinə nail oldular. I Nikolayın 1836-cı il 11 mart tarixli Fərmanı ilə Alban apostol kilsəsinin maddi-mədəni irsi erməni qriqoryan kilsəsinə verildi. Rusiya imperatorunun bu addımı Cənubi Qafqazdakı Alban mədəniyyətinin ermənilər tərəfindən məhv edilməsinə şərait yaratdı.
Nəhayət görünən odur ki, hazırda Rusiya öz ölkəsinin yetərincə problemlərini həll etmək əvəzinə, Cənubi Qafqazda yenidən əski ssenarilərini gerçəkləşdirmək istəyir.
Əkrəm Bəydəmirli



Baxış sayı: 305
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30