Ermənistanın Baş naziri Nikol Paşinyan yeni katolikos seçkiləri ilə bağlı Apostol Kilsəsinin ardıcıllarına müraciət edib.
Fact-info.az Ermənistan mediasına istinadən xəbər verir ki, müraciətdə seçkilərlə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaratmaq zərurəti ön plana çəkilib.
Paşinyan deyib ki, Müqəddəs Eçmiəzdin Baş iqamətgahının boşaldılması və yeni katolikos seçkilərinin təşkili üçün fəal addımlar atılmalı və hazırkı mərhələdə yuxarıda qeyd olunan gündəliklə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaradılmalıdır.
"Koordinasiya Qrupunun üzvləri həm kişilər, həm qadınlar, həm ruhani, həm də dindar olmayan şəxslər ola bilərlər. Lakin ruhani şəxslərin, xüsusilə monastır həyatına sadiq olanların subaylıq əhdini pozmamış olmaları vacibdir", - müraciətdə qeyd olunub.
Qeyd edək ki, son günlər Nikol Paşinyan II Qareginin könüllü subaylıq əhdini pozduğu və övladının olduğu barədə sosial hesablarında paylaşımlar edib (APA).
Baxış sayı: 55
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
