Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin incisi olan “Xəmsə”nin (“Beşlik”) orijinaldan türk dilinə tərcüməsi prosesinin 2026-cı ilə qədər başa çatdırılması planlaşdırılır.
Bu barədə layihənin müəllifi, Atatürk Universitetinin (Ərzurum) fars dili və ədəbiyyatı kafedrasının müdiri, “İsgəndərnamə” poemasının artıq türk dilinə tərcümə edilən professor Nimet Yıldırım məlumat verib.
Onun sözlərinə görə, Nizaminin daha bir poeması olan “Sirlər xəzinəsi” də tərcümə olunub və çap mərhələsindədir. “Kitab bu ilin sonuna kimi işıq üzü görəcək”, - deyən N.Yıldırım “Leyli və Məcnun” poemasının bu ölkədə türk dilinə tərcüməsinin 2025-ci ilin yazında nəşrinin planlaşdırıldığını qeyd edib. Qalan iki poema isə 2026-cı ilin birinci yarısında Türkiyə ictimaiyyətinə təqdim olunacaq.
Professor vurğulayıb ki, nizamişünasların əsas vəzifəsi “Nizami mədəniyyəti”ni Türk dünyasında yaymaqdır.
“Nizami, Mövlanə və başqaları təkcə Azərbaycanın və ya Türkiyənin deyil, bütün Türk dünyasının qürur mənbəyidir”, - deyə Atatürk Universitetinin müəllimi vurğulayıb.
O, Nizami irsinin Türkiyədə təbliğinə verdiyi dəstəyə görə ölkəmizin Ankaradakı səfirliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə də təşəkkürünü bildirib.
Baxış sayı: 170
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
