Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Qərbi Azərbaycan irsinə dair tədqiqatlar” layihəsi çərçivəsində Qərbi Azərbaycanla bağlı tədqiqatları davam etməklə bərabər, televiziya verilişlərinin çəkilişi həyata keçirilir.
Layihə çərçivəsində SƏS TV-də 5 avqust tarixində növbəti çəkiliş olub. Verilişin aparıcısı, layihə rəhbəri Əkrəm Bəydəmirli, qonaqlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Qərbi Azərbaycanın Çəmbərək rayonu Cil kənd İcmasının sədri Fərrux Rüstəmov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun professoru İbrahim Bayramov, rejissor isə Murad Adiloğlu idi.
Veriliş zamanı Qərbi Azərbaycanın repressiya tarixi, toponimləri və digər mövzularla bağlı müzakirələr aparıldı. Professor Fərrux Rüstəmov Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilmiş repressiyanın təsnifatını geniş izah etdi. O, XIX -XX əsrdə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş etnik-demoqrafik, iqtisadi, iqlim, mədəni və intellektual repressiyasından söhbət açdı.
Toponimlər üzrə tədqiqatçı, bir sıra kitabların müəllifi İbrahim Bayramov Qərbi Azərbaycanda mövcud olmuş türk mənşəlli toponimlər haqqında elmi və tarixi mənbələrə əsaslanan faktları qeyd etdi. Hər iki alim təcavüzə məruz qalan Qərbi Azərbaycanın intellektual potensialı ilə bağlı zəruri məqamlara aydınlıq gətirdilər.
Baxış sayı: 235
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

