"Azərbaycan və Ermənistan bir il ərzində sülhü hər iki ölkənin xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və qətiyyətli addımlar atıblar".
Fact-info.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Paskal Konfavrönün 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin ildönümü münasibətilə yaydığı bəyanatda qeyd olunub.
"2026-cı il avqustun 8-də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş tarixi razılaşmanın birinci ildönümü qeyd olunur. Ötən il ərzində hər iki ölkənin hakimiyyət orqanları sülhü öz xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və cəsarətli addımlar atıblar", - məlumatda bildirilib.
Onun sözlərinə görə, Fransa Cənubi Qafqazın yenidən tamhüquqlu əməkdaşlıq məkanına və Avropa ilə Asiya arasında birləşdirici halqaya çevrilməsi üçün bu prosesin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və ratifikasiyası, sərhədlərin açılması və regional nəqliyyat əlaqələrinin inkişafı ilə davam edəcəyinə ümid edir.
O əlavə edib ki, Fransa avropalı tərəfdaşları ilə birgə Azərbaycanın və Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə bu prosesə fəal şəkildə dəstək verməyə davam edəcək.
Baxış sayı: 125
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
